Yunanıstanın XİN başçısına cavab...
12.01.2024 [10:40]
İcma: Afina məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalıdır
NARDAR
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il müdətində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Eyni zamanda, tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən azərbaycanlılar tamamilə qovulub, deportasiya edilib.
Bütün bunların fonunda nə qədər paradoksal olsa da, Ermənistan və onun havadarları Azərbaycanı etnik təmizləmədə və “erməni mədəni irsini” məhv etməkdə ittiham etməyə çalışırlar. Belə ki, bugünlərdə Ermənistana səfər etmiş Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis deyib ki, ölkəsi tezliklə “Qarabağdan məcburi köçkünlərin maliyyələşdirilməsi, onların ehtiyaclarının ödənilməsi, xüsusən də mənzillə bağlı problemlərin həlli üçün proqrama dəstək verəcək. Bu, həmçinin Qarabağda xristian və mədəni yerlərin mühafizəsi məsələsi ilə bağlı olacaq”. Yunan nazir bildirib ki, “biz mütləq Qarabağda xristian yerlərinin qorunub saxlanmasının tərəfdarıyıq və istəyirik ki, UNESCO-nun faktaraşdırıcı missiyası bu yerlərin məruz qaldığı və çəkə biləcəyi zərərləri üzə çıxarsın”.
Qərbi Azərbaycan İcması Yunanıstanın xarici işlər nazirinin bu açıqlamasına münasibət bildirib. İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: “Yunanıstanın xarici işlər naziri İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirib. Yunan nazirin bu açıqlamalarını rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyi və onun daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndiririk. Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan Azərbaycan xalqının mədəni irsini məhv və təhrif etməməyi, UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir”.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə qeyd edib ki, bəzi Qərb ölkələri öz ermənipərəst və azərbaycanofob mövqelərini elə çılpaq şəkildə nümayiş etdirirlər ki, bəzən özlərini nə dərəcədə gülünc vəziyyətdə qoyduqlarının fərqində belə deyillər. Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri yaddan çıxarır ki, Qərbi Azərbaycan İcması Ermənistana qarşı eyni ittihamla hələ 2022-ci il martın 27-də UNESCO-nun Baş direktoruna müraciət edib və həmin müraciət 2022-ci il mayın 20-də BMT-nin rəsmi sənədi kimi yayılıb. Bundan az sonra - 2022-ci il mayın 23-də UNESCO-nun Baş direktoru İcmanın müraciətinə rəsmi cavab verib. İndi yunanıstanlı nazir İcmanın addımını qədim yunan teatr ənənəsinə uyğun olaraq təqlidlə məşğuldur.
Əziz Ələkbərli vurğulayıb ki, yaxşı olar Yunanıstanın xarici işlər naziri indiki Ermənistan ərazisində ermənilər tərəfindən dağıdılan, təhqir edilən Azərbaycan dini abidələri barədə danışsın: “Əgər onda bu barədə kifayət qədər material yoxdursa, ona Ermənistanda dağıdılan, əkin sahəsinə çevrilən, ortasından asfalt yol çəkilən, həyətyanı sahə kimi ermənilərə paylanılan müsəlman qəbiristanlıqları ilə bağlı istədiyi qədər fakt, sübut, hətta əyani görüntülər təqdim edə bilərəm”.
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56

