Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Hibrid kitabxana

Hibrid kitabxana

22.08.2026 [09:15]

Mədəniyyət ocağı, gələcəyə aparan yoldur, di gedək...  

Əsas məsələ məhz budur: kitabxanalarımızı “günün tələbinə uyğun” necə quraq? Necə qoruyaq, bəsləyək və gələcəyə necə ötürək? Ümumiyyətlə, gələcəyin kitabxanası nə cür olacaq?

Bəri başdan deyim ki, gələcəyin kitabxanaları qətiyyən indiki kimi olmayacaq. Nə kağız kitabların qorunub-saxlandığı məkan, nə də illərin yaddaşını daşıyan, doğma kağız qoxusuna qərq olmuş bilik məbədgahı kimi yer üzündə qalmayacaq. Amma sivilizasiyamızın adında, bu planetdə yeri, tarixdə, o cümlədən virtual yaddaşlarda daim yaşayacaq...

Gələcəyin kitabxanası rəqəmsal texnologiyaların, Süni İntellektin (Sİ) üstünlük təşkil etdiyi, ictimai ünsiyyət və mübadilə, yaradıcılıq, guşənişinlik məkanına çevriləcək. Bu proses çoxdan başlayıb.

Biz kitabxana sistemini bir az maarifçi, elm və təhsil istiqamətli qurmuşuq, ona nisbi “azadlıq”, çoxfunksiyalılıq verə bilməmişik. Bu vaxt ərzində kitab sənayesi ilə həmahəng fəaliyyət göstərən Qərb təcrübəsi isə kitabxananın gələcək simasını addım-addım dəyişib - elektronlaşma, ayrıca atmosferdə məkanlaşma, ictimai, intellektual mübadilə dayanacağına çevrilmə kimi istiqamətlər göz qabağındadır. Xüsusilə yeni texnologiyalar vasitəsilə əlçatanlıq, müəllif hüquqları ilə bağlı məsuliyyət də öz yerində.

İndi dünyada əksər böyük (mərkəzi) kitabxanalar təkcə iş saatlarında deyil, həm də 247 rejimində fəaliyyət göstərir. Oxucuların zövqünə, axtarış maraqlarına uyğun olaraq, fərdiləşmiş kitab və məqalələri nəinki əlçatan edir, həm də faydalı tövsiyələr verir. Kitabların qeydiyyatı, fonda verilməsi, qaytarılması rəqəmsal, təmassız sistemlərlə idarə edilməsi reallıqdır.

Əgər qlobal axtarış sistemləri varsa, kitabxanalar təsəvvür etdiyimiz “əlyazmalar institutu”na çevrilməyəcək ki? Gələcəkdə bu da mümkündür. Amma kitabxanadakı qiymətli informasiya resurslarının qorunması təkcə oxu və sifariş üçün deyil, həm də onların xüsusi ehtiyacı olan şəxslərə, ünvanlara çatdırılması üçün də faydalı olacaq. Bu və gələcəkdə ortaya çıxa biləcək digər müxtəlif səbəblərdən də kitabxanalar öz ənənələrini qoruyub-saxlamaqla, hibrid modellərə keçə biləcək.

İndi əsas iş kitabxanalardan bizə qalan irsi gələcəyə ötürə bilmək bacarıqlarıdır. Son vaxtlar kiçik kitabxanaların özəl şirkətlərə, idarə və müəssisələrə ayaq açması və o şirkətlərin də öz ərazisində kitaba yol açması mühüm məsələdir. Ənənəvi kitabxana əsri get-gedə bitir, dəyişir və inkişaf edir. İndi kitabxana həm də mədəniyyət ocağına çevrilir. Daha kitabxanalarda “ölü ştat cədvəli” ilə işləmək mümkün olmayacaq. Bəlkə də özəl, fərdi kitabxanaların çiçəklənməsi dövrü gələcək? Bütün bunlar “Mədəniyyət-2040” konsepsiyasının qarşısında duran mühüm məsələlərdir.

Hibrid maşınlar varsa, hibrid kitabxanalar niyə olmasın?

Məqsəd Nur

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31