Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb
20.08.2026 [17:56]
“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” (ƏOŞTİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və “Şəhərsalma və Memarlıq İli“ çərçivəsində həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsini başa çatdırıb.
Bu barədə AZƏRTAC-a ƏOŞTİ-dən məlumat verilib.
Bildirilib ki, layihədə nəzərdə tutulan fəaliyyətlər uğurla icra olunub. Belə ki, ƏOŞTİ və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Bakı Urban Həftəsi çərçivəsində və WUF13 zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib.
Layihənin partnyoru olan Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkəni təmsil edən əlilliyi olan şəxslərin təşkilatlarının təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər təşkil edilib. Həmçinin müxtəlif qurumları təmsil edən şəxslər üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda ikigünlük təlim keçirilib.
Növbəti mərhələdə “Müyəssər Azərbaycan” proqramı çərçivəsində ölkəmizdə ilk dəfə "Azərbaycanın Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" yaradılıb. Müxtəlif monitorinq metodlarından istifadə edilməklə elektron məlumat bazalarında (saytlarda), inzibati binalarda, təhsil və səhiyyə müəssisələrində, mədəniyyət və idman obyektlərində, parklarda, hotellərdə, ictimai-iaşə obyektlərində, küçələrdə, piyada keçidlərində, ictimai nəqliyyatda və dayanacaqlarda, sosial xidmət müəssisələrində və digər ictimai məkanlarda monitorinqlər aparılıb. Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında həyata keçirilib. 154 qurumun saytlarının rəqəmsal müyəssərliyinin monitorinqi aparılıb, 45 qurumda isə həm rəqəmsal, həm də müyəssərliyin monitorinqinin digər formalarından (fiziki, müşahidə, keçmiş məlumatlar) istifadə olunub. Qeyd edilən fəaliyyətlərin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdırılaraq Azərbaycanın Müyəssərlik Xəritəsinin saytı yaradılıb. Sayta Bakı və respublikanın digər zonalarından 45 məkan barədə məlumatlar daxil edilib. Azərbaycanın Müyəssərlik Xəritəsində məlumatlar daim yenilənir. Əlilliyi və müyəssərlik üzrə təcrübəsi olan, bu sahədə şəxsi və kollektiv müşahidə aparan hər kəsin təqdim etdiyi məlumatlar (yazı, foto, video) Azərbaycanın Müyəssərlik Xəritəsinə yerləşdirilə bilər. Bunun üçün materiallar info@udpo.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd edək ki, “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədəki müyəssərlik xəritələrinin inteqrasiya edilməsi üzərində də iş aparılır.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55

