Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şahzadə Harri “Daily Mail”in naşirinə milyonlarla funt ödəyə bilər

Şahzadə Harri “Daily Mail”in naşirinə milyonlarla funt ödəyə bilər

21.08.2026 [20:35]

Sasseks hersoqu Şahzadə Harri və daha altı tanınmış şəxs Böyük Britaniyanın Ali Məhkəməsində uduzduqları iş üzrə “Daily Mail” qəzetinin naşirinə ilkin olaraq neçə milyon funt sterlinq məhkəmə xərci ödəyə bilərlər.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Şahzadə Harri, baronessa Dorin Lourens, müğənni Elton Con və digər iddiaçılar “Associated Newspapers Limited” (ANL) şirkətini xəbərlər üçün qanunsuz yollarla məlumat toplamaqda ittiham edərək məhkəməyə müraciət etmişdilər. ANL ittihamları qəti şəkildə rədd edib. Bu ilin əvvəlində Londonda 11 həftə davam edən məhkəmə prosesindən sonra hakim Niklin iyulun 7-də verdiyi qərarla bütün iddiaları rədd edib. İşlər məhkəmə xərclərinin müəyyənləşdirilməsi məqsədilə yenidən Ali Məhkəməyə qaytarılıb. İki gün davam edən dinləmələr zamanı ANL-in ümumi məhkəmə xərclərinin 34 milyon funt sterlinqdən çox olduğu bildirilib.

Hakim Niklin bu gün iddiaçıların ANL-ə ilkin mərhələdə ödəməli olduqları məbləğin həcmi, eləcə də yekun məhkəmə xərclərinin necə hesablanacağı ilə bağlı qərarını açıqlayacaq.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31