Transxəzər istifadəyə hazırdır
21.08.2026 [10:15]
Fiber-Optik Kabel Xətti ilin sonunda işə düşəcək
Azərbaycan və Qazaxıstan hökuməti Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi layihəsi çərçivəsində işləri yekunlaşdırmaq üzrədir. Hazırda layihə üzrə tikinti işləri tamamlanıb, yəni kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi artıq başa çatıb. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri hazırda mütəxəssislərlə birgə avadanlıqların tənzimlənməsi və sazlama işlərini həyata keçirirlər. Bu, son mərhələ 2-3 aya tamamlanacaq və kabel xəttinin istismara verilməsi isə bu ilin IV rübünə planlaşdırılır. Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin Telekommunikasiya Komitəsinin məlumatına görə, Transxəzər Fiber-Optik Kabel Xətti Qazaxıstan və Azərbaycan arasında əlavə beynəlxalq rəqəmsal marşrut yaradacaq. Kabel Xəttinə qoşulma məsələsi üzrə Türkmənistan və ya regionun digər dövlətləri ilə danışıqlar aparılır ki, razılaşdırmalar əldə edildikdən sonra regionda nəhəng rəqəmsal hab formalaşacaq, Avropa ilə Asiya arasında tranzit telekommunikasiya infrastrukturu təmin ediləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.
Aktaudan Sumqayıta Xəzərin dibi ilə
Region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda kabel infrastrukturunu əhatə edir. Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Növbəti mərhələdə rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək və data mərkəzlərinin, eləcə də beynəlxalq “Big Tech” şirkətlərinin cəlb olunması nəzərdə tutulur. Bu isə nəhəng rəqəmsal infrastruktur şəbəkəsi olmaqla, məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək, ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək. Kabel xətti ilə 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulacağı nəzərdə tutulur.
Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi də müzakirə olunur. Layihənin reallaşmasında maraqlı tərəf olan beynəlxalq şirkətlər qrupu “NEQSOL Holding”in nümayəndəsi Kirill Rubinski bildirib ki, birgə layihələrin inkişaf perspektivləri böyükdür və beynəlxalq telekommunikasiya şirkətləri bu təşəbbüsü dəstəkləyir. Belə ki, şirkətin rəhbərliyi regionda marşrutlarının genişləndirilməsini və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edərkən fibermarşrutun Orta Dəhlizə inteqrasiyasının vacibliyinə toxunublar.
Yeraltı peyk rəqabəti
Hazırda süni intellektin iqtisadi sektorun və tranzitin əsas seqmentlərindən birinə çevrilməsi yerüstü rabitə xətləri ilə yanaşı, sualtı rəqəmsal tranzitin qurulmasını da aktuallaşdırıb. Hazırda dünya üzrə internet rabitəsinin 99 faizi məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən, yəni yerüstü kabellə verilməsi xidmətindən isə az istifadə olunur. Çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşayiət olunur və iri həcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir. Sualtı (okean və dənizaltı) magistral kabellər isə indiki şəraitdə daha dayanıqlı və əlverişlidir.
Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları və kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir. Məsələn, “Google” şirkətinin sahibi olduğu “Curie” kabel xəttinin uzunluğu 10.476 km-dir. Kabel xətti ABŞ-ın Los-Anceles şəhərindən Panamanın Bilbao şəhəri və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s.dır. “Facebook”, “Microsoft” və “Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir. “Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” və “SoftBank” şirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edir. Həmçinin ölkələri birləşdirən qısa kabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrlandiyanı birləşdirir.
Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu”
Bir çox ölkələr bu cür layihələrə xüsusi önəm verir, ancaq sərmayə, texniki resurs və s. amillər buna mane olur. Transxəzər Fiber-Optik kabel xətti adlanan layihəni 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti irəli sürüb. 19 mart 2019-cu ildə “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.
“Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan-Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Qlobal rəqəmsal rəqabətin dərinləşdiyi dövrdə sualtı infrastrukturun qurulması Azərbaycan və Qazaxıstanın birgə uğuru hesab edilə bilər.
Layihənin icrası ilə Azərbaycanın da adı artıq dünyada sualtı internet kabel infrastrukturuna sahib olan ölkələrin siyahısına əlavə ediləcək. Azərbaycanla Orta Asiya ölkələri (Qazaxıstan və Türkmənistan) arasında Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər Fiber Optik kabel xətləri təkcə Xəzərin Şərq və Qərb sahillərində yerləşən dövlətləri deyil, ümumilikdə Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirəcək və tarixi İpək Yolunun üzərində Azərbaycan üzərindən “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Bu, Asiya ökələrinin internetə artan ehtiyaclarının Azərbaycan vasitəsilə təmin edilməsinə imkan verəcək, Azərbaycanın regionun rəqəmsal mərkəzinə (Digital Hub) çevrilməsinə şərait yaradacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Xəzər dənizi ilə kabel xəttinin çəkilməsi beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınları ilə əlaqəli rəqəmsal infrastrukturun yaradılması baxımından hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihə telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını təmin edəcək, qlobal kibertəhlükəsizlik standartlarının tətbiqinə imkan verəcək”.
Prezident İlham Əliyev də “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan TransXəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

