İctimai həyatın səsi
10.01.2024 [11:30]
İctimai Radio 18 yaşında!
Günel ABBAS
Müasir dünyada ən təsirli və əhatə dairəsi geniş olan kütləvi informasiya vasitələrindən biri radiodur. Artıq on illərdir ki, radio öz aktuallığını itirmir. Xəbərləri internet üzərindən oxumaq və ya televiziyada baxmaq, musiqini isə müvafiq saytlardan yükləmək mümkün olsa da, radio hələ də populyarlığını əldən vermir. Çünki digər informasiya vasitələrindən fərqli olaraq musiqini, xəbərləri istər sükan arxasında, istər yemək bişirərkən, istər paltar ütüləyərkən, uzun sözün qısası - işimizdən ayrılmadan, radio vasitəsilə dinləyə bilirik.
Bu gün öz aktuallığını itirməyən, dinləyicilərin nəbzini tutmağı bacaran İctimai Radionun yaranmasından 18 il keçir. Radionun ilk yayımı 2006-cı il yanvarın 10-da həyata keçirilib. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir. Radio Abşeron yarımadasında 90 FM dalğasında yayımlanır.
Azərbaycanda kifayət qədər müxtəlif yönümlü televiziya kanalları və radiolar fəaliyyət göstərir. Bu televiziyalar arasında İctimai Televiziya və radionun özünəməxsus yeri var. 2004-cü il sentyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi ilə İctimai Televiziya yarandı. Məhz bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına nail olundu. Sözügedən demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini sıxmaqla İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.
Ötən illər ərzində İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcı kolleketivi bu kanalın Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu sübut edərək ölkəmizin zəngin və rəngarəng efir məkanında tamamilə fərqli- ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütmüş, informasiya tərəfsizliyini, qərəzsizliyini və doğru-dürüstlüyünü özünün başlıca fəaliyyət devizinə çevirilmişdir.
İctimai həyatın səsinə çevrilən İctimai Radio kollektivinə böyük uğurlar arzulayır, doğma efirimizdə xoş xəbərlər, xalqın ürəyincə olan mətləblərə işıq salan verilişlər yayımlamağı arzu edirik!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57

