Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dənizdə dalğanın hündürlüyü 5,2 metrə çatıb

Dənizdə dalğanın hündürlüyü 5,2 metrə çatıb

28.12.2023 [15:14]

Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir, dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Hazırda Şabranda yağış, Altıağac, Qəbələ, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Şəki, Qaxda (Sarıbaş) qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31