Qızılcaya qarşı vaksinasiya!
22.12.2023 [13:45]
Valideynlərin gileyi və rəsmi cavab…
Yeganə BAYRAMOVA
Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma sayında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin alovlanması səbəb olub. Qeyd etdiyimiz xəstəliklərlə mübarizənin ən effektiv yolu kimi peyvəndlərin vacibliyi barədə zaman-zaman çağırışlar edilir. Xüsusilə, bəzi valideynlər qızılcaya qarşı övladlarına peyvənd vurdurmaqdan imtina edirdilər. Hətta bununla bağlı antipeyvənd çağırışı edən insanlar da yetərincə çox idi.
Lakin maraqlısı budur ki, qızılca peyvəndlərinin vurulmasına dair davamlı təbliğatlar aparılsa da, vaksinlərin tapılmasında problem yaranıb. Vətəndaşların iddiasına görə, övladlarına peyvənd vurdurmaq istəyən bəzi valideynlər, müraciət etdikləri tibb müəssisələrində vaksinlərin tapılmadığını bildirirlər.
TƏBİB-dən “Yeni Azərbaycan”a verilən açıqlamaya görə, ölkəmizdəki bütün tibb müəssisələrinə vaksinlər Səhiyyə Nazirliyi tərəfindən verilir: “Vətəndaşlar tibb müəssisələrində qızılca əleyhinə vaksinlərin olmadığını iddia edirlər. Lakin qeyd edək ki, qısa zaman öncə Bakı şəhəri üzrə bütün poliklinikalar vaksinlərlə təchiz olunub. Vətəndaşlar qızılca vaksini tapılmayan poliklinkaların olduğunu iddia edirlərsə, məsələyə baxılması üçün həmin tibb müəssisələrinin adını TƏBİB-ə rəsmi müraciətlə bildirməlidirlər. Bundan sonra məsələyə baxılması üçün araşdırma aparılacaq”.
Poliklinkalarda qızılca əleyhinə peyvəndlərin olub-olmaması ilə də maraqlandıq. Bəzi tibb müəssisələri vaksinlərin yoxluğu ilə bağlı sualları cavablandırmaq istəmədilər. Məsələn, 7 saylı uşaq poliklinikasından bildirildi ki, peyvəndlərin nə üçün həmin tibb müəssisəsində olmadığı ilə bağlı suala cavab vermək səlahiyyətində deyillər. Digər poliklinkalardan verilən məlumata görə isə qızılca peyvəndi ilə bağlı durum qənaətbəxşdir və vaksinlərin sayı, təchizatı ilə bağlı hər hansı bir problem yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15

