AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib
22.08.2026 [18:50]
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Könüllülər Forumunda iştirak edib.
AKTİ-dən AZƏRTAC-a bildirilib ki, “Könüllülük vasitəsilə birlik: tərəfdaşlıq, etimad, inkişaf” mövzusunda keçirilən forum 2026-cı ilin BMT Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf Naminə Beynəlxalq Könüllülər İli elan edilməsi və MDB-nin yaradılmasının 35 illiyi çərçivəsində təşkil olunub. Forumda iştirak Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Tədbirin əsas məqsədi MDB məkanında könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə könüllülük təşəbbüslərinin təşviq edilməsindən ibarət olub.
Forumun açılış mərasimində Qazaxıstan Respublikasının baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin forum iştirakçılarına müraciətini səsləndirib.
İki gün davam edən tədbir çərçivəsində panel sessiyaları, müzakirələr və uğurlu könüllülük təcrübələrinin təqdimatları keçirilib. Sessiyalarda ekologiya, sosial və inklüziv dəstək, gənclər arasında könüllülüyün təşviqi, korporativ könüllülük və sosial məsuliyyət, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
AKTİ-nin sədri Vüqar Əliyev forum çərçivəsində keçirilən “Korporativ könüllülük və sosial məsuliyyət” panel sessiyasında çıxış edib. O, çıxışı zamanı Azərbaycanda könüllülük modelinin formalaşması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də könüllülüyün beynəlxalq əməkdaşlığın və dayanıqlı inkişafın təşviqində rolu barədə fikirlərini bölüşüb.
İttifaqın sədri, həmçinin forumun bağlanış mərasimində çıxış edərək könüllülük sahəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb və MDB ölkələri arasında təcrübə mübadiləsinin gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
AKTİ-nin beynəlxalq layihələr üzrə koordinatoru Fidan Şəmiyeva isə “Sərhədsiz könüllülük: Könüllülük cəmiyyəti necə dəyişir?” mövzusunda keçirilən panel sessiyasında iştirak edib. Sessiya zamanı İttifaqın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verilib.
Forumda Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət qurumlarının və könüllü təşkilatlarının nümayəndələri, eləcə də fəal könüllülər iştirak ediblər. Ümumilikdə tədbirə 300-ə yaxın nümayəndə qatılıb.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35

