Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir
12.12.2023 [10:12]
“Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla yad edir, əziz xatirəsini daim uca tutur. Çünki hər bir soydaşımız bugünkü firavan həyatına, ölkəmizin dünya miqyasında sayılıb-seçilən dövlətə çevrilməsinə görə Ulu Öndərə borcludur. Heydər Əliyev hər bir soydaşımızın, dünya azərbaycanlılarının qəlbində dahi şəxsiyyət, böyük lider və görkəmli dövlət xadimi kimi yaşayır. Müdrik tarixi şəxsiyyətin müəyyənləşdirdiyi alternativi olmayan siyasi kurs və Prezident İlham Əliyevin dediyi kimi, bu siyasi kursa sadiqlik, onun uğurlu davamı daim ölkəmizə və xalqımıza nurlu yol göstərib, bu gün də göstərməkdədir. Ulu Öndər Azərbaycan dilini, mədəniyyətini, incəsənətini çox sevirdi. Ümummilli Lider, sözün həqiqi mənasında, Azərbaycan üçün əlindən gələni etməyə hazır olan siyasət və dövlət xadimi idi. Müdrik şəxsiyyətin “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edirəm” sözləri qəlbinin dərinliklərindən gəlirdi. O, Azərbaycan üçün çox mürəkkəb bir dövrdə bu sözləri deməklə Vətən, xalq, millət naminə canından da keçməyə hazır olduğunu bildirmişdi. Bu, bir faktdır ki, əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi və 30 il düşmən tapdağı altında qalmazdı. Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev onun arzularını gercəkləşdirdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”.
Bu fikirləri yeniazerbaycan.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi deyib ki, illər keçdikcə Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur.
Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29- da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” imzaladığı Sərəncam hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki Heydər Əliyev ən çətin anlarda, xalqının, millətinin yanında olub. Bu məqamlar dövlətimizin başçısının Sərəncamında da öz əksini tapıb: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".
Ç.Qənizadə bildirib ki, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi hər iki dönəmdə milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin, mədəni irsimizin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi, xalqına və millətinə olan hədsiz sevgisi nəticəsində milli-ideoloji siyasətin tərkib hissəsi kimi, Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan ana dilimizin qorunub saxlanılması və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi.
SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan çox çətinliklərlə, məşəqqətlərlə qarşılaşdı. Belə çətin dövrdə Vətəninə, xalqına, millətinə, yenə də Ulu Öndər Heydər Əliyev arxa-dayaq olduğunu deyən hüquq müdafiəçisi bildirib ki, o, Azərbaycanı düşdüyü ağır böhrandan, vətəndaş qarşıdurmasından xilas etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Xalqın təkidli xahişi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəyə rəhbərliyə razılıq verdi. Bundan sonra Azərbaycanın ictimai-siyasi həyatında yeni eranın əsası qoyuldu. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Tarixi şəxsiyyətin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tuta bildi. Ən ağır məqamlarda Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyan və Vətənimizin inkişafı ilə bağlı ən düzgün qərarlar qəbul etdi.
Hüquq müdafiəçisi qeyd edib ki, bu gün Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursuna sadiqliyi Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. “Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək torpaqlarmızı işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək müstəqillik tariximizdə əbədi izini qoydu. Heydər Əliyev siyasi kursu Azərbaycanın adını daha yüksəkliklərə qaldıracaq və dünyanın inkişaf edən qüdrətli dövlətinə çevirəcək. Xalqın dərin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq”, -deyə o, vurğulayıb.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

