Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MN: "Ermənistanın təxribatının qarşısı qətiyyətlə alınır, əməliyyat şəraiti tam nəzarət altındadır"

MN: "Ermənistanın təxribatının qarşısı qətiyyətlə alınır, əməliyyat şəraiti tam nəzarət altındadır"

11.04.2023 [19:05]

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır: “Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır".

Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 

MN ictimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31