Qərbi Azərbaycan İcması 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününü ilə bağlı bəyanat yayıb
31.03.2023 [14:39]
Qərbi Azərbaycan İcması(QAİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə bağlı bəyanat yayıb.
Bu barədə İcmanın mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda bildirilir: “31 Mart- Azərbaycanlıların Soyqırımı Gününü Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qafqaza ermənilərin kütləvi köçürülməsindən sonra, erməni ektremist silahlı qrupları və Ermənistan hökuməti tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib. Soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib.
1918-ci il martın 31-də Bakıda ifrat millətçi “Daşnaksütyun” partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə, tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.
1905-ci ildən başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan ordusu 1918-20-ci illərdə Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.
Ermənistan ordusunun 1918-ci ildə Qacarlar dövlətinin Xoy, Salmas, Urmiya və Qaradağ bölgələrinə soxularaq oraya pənah aparmış qaçqınları və yerli azərbaycanlıları kütləvi şəkildə öldürməsi bu dövlətin təkcə öz ərazisində etnik təmizləmə aparmaq deyil, həm də azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.
Yüz minlərlə azərbaycanlının öldürüldüyü bu soyqırımı aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.
Azərbaycanlıların bütün tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları dağıdılıb. 1897-ci ildə dövlət qeydiyyatına alınmış 269 məsciddən cəmi 1-i salamat qalıb.
Ermənistan BMT-nin Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara tərəf olsa da, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təşviq edir.
Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin, Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişliklərini ləğv etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45

