“Danışır Bakı!” - Şərqi Zəngəzur və Qarabağda
22.07.2022 [10:21]
Postmüharibə dövründə Azərbaycanın qarşısında dayanan əsas məsələ Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Müharibənin başa çatmasından cəmi iki il keçməsinə baxmayaraq, artıq bəhs olunan ərazilərdə müasir infrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Həyata keçirilən genişmiqyaslı layihələrin icrası, görülən işlər yaxın gələcəkdə öz dədə-baba yurdlarına qayıdan soydaşlarımızın həyat şəraitinin ən yüksək səviyyədə təşkil olunmasına xidmət edir. Quruculuq prosesinin arealı olduqca genişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-abadlıq-quruculuq işlərinin əhəmiyyətli hissələrindən biri də orada rabitə və kommunikasiya xətlərinin çəkilməsidir. Qarabağda yaşayacaq vətəndaşlarımızın rahat əlaqə qura bilməsi, eyni zamanda, ölkədə və dünyada baş verən yeniliklərdən xəbərdar olmalarını təmin etmək məqsədilə artıq radio kanallarının həmin ərazilərdə eşidilməsi işləri də başa çatmaq üzrədir. Belə ki, Şərqi Zəngəzur və Qarabağda ümumölkə yerüstü radio kanallarının yayım əraziləri genişləndirilib. Bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasının keçirilən iclasında məlumat verilib. Qeyd edilib ki, iclasın gündəliyində duran birinci məsələ Şərqi Zəngəzur və Qarabağ bölgələrində “Azərbaycan Radiosu”, “İctimai Radio” və “Azad Azərbaycan Radiosu” ümumölkə yerüstü radio kanallarının yayım ərazilərinin genişləndirilməsi olub.
Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən, “İctimai Televiziya və Radio Yayımları Şirkəti”ndən, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasından Şuraya daxil olmuş müraciətlər əsasında həmin bölgədə yerləşən müxtəlif radio-televiziya yayım stansiyalarından (RTYS-dan) FM diapazonunda radio yayım üçün qeyd edilən yayımçılara radiotezliklərin ayrılması məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Şuranın qərarları ilə Zəngilan rayonu ərazisində yerləşən “Mincivan” avtomatik RTYS-dan 100.5 MHs radiotezliyi, Qubadlı rayonu ərazisində yerləşən “Xanlıq” avtomatik RTYS-dan 103.5 MHs radiotezliyi, Kəlbəcər rayonu ərazisində yerləşən “Kəlbəcər” RTYS-dan 105.0 MHs radiotezliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə, Zəngilan rayonu ərazisində yerləşən “Mincivan” avtomatik RTYS-dan 99.5 MHs radiotezliyi, Qubadlı rayonu ərazisində yerləşən “Xanlıq” avtomatik RTYS-dan 101.5 MHs radiotezliyi “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə, Xocavənd rayonu ərazisində yerləşən “Şahyeri” RTYS-dan 92.1 MHs radiotezliyi “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının istifadəsinə ayrılıb.
Daha sonra Füzuli rayonu ərazisində yerləşən “Əhmədbəyli” RTYS-dan 103.3 MHs radiotezliyində yayım aparan “Araz Radiosu”nun yayım radiovericisinin Xocavənd rayonundakı “Şahyeri” RTYS-na köçürülməsi məsələsi müzakirə olunub. Şuranın qərarı ilə Füzuli rayonu ərazisində yerləşən “Əhmədbəyli” RTYS-dan “Araz Teleradio” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış 103.3 MHs radiotezliyi Xocavənd rayonundakı “Şahyeri” RTYS-dan 103.3 MHs radiotezliyi ilə əvəz olunub.
“Dövlət başçımızın strateji siyasəti, Müzəffər Ordumuzun böyük qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş ərazilərimizdə yerüstü radio kanallarının yayım ərazilərinin genişləndirilməsi xəbəri məni həm jurnalist, həm də bir vətəndaş kimi çox sevindirir. Düşünürəm ki, torpaqlarımıza yeni həyat gətirəcək vətəndaşlarımızın operativ, eləcə də yüksək keyfiyyətli informasiya təminatında bu, çox böyük rol oynayacaq”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Əməkdar jurnalist Qərənfil Xəlilova səsləndirib. Əməkdar jurnalist doğma yurd-yuvalarına qayıdan, keçmiş qaçqın və məcburi köçkün adları ilə birdəfəlik vidalaşan vətəndaşlarımıza, hər mənada sahib çıxmalı olduğumuzu və informasiya təminatı məsələsinin bu mənada ön sıralarda gəldiyini xüsusi vurğulayıb: “Çox sevinirəm ki, Azərbaycan Respublikası Audiovizual Şurasının iclasında məhz “Azərbaycan Radiosu”, “İctimai Radio” və “Azad Azərbaycan Radiosu” radiolarının tezlikləri qəbul edilib. Hər kəsə məlumdur ki, adıçəkilən radiolar medianın qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə qadirdir, dinləyicilərin rəğbətini qazanıblar. İnanıram ki, həmin radiolar işğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşların informasiya təminatını yüksək səviyyədə həyata keçirə biləcək”.
“Bu radioların həmin ərazilərdə fəaliyyət göstərməsi təkcə təbliğat, təşviqat, informasiya təminatı baxımından deyil, həm də orada yaşayan vətəndaşların tribunasına çevrilmək baxımından da olduqca əhəmiyyətlidir. Yəni insanlar efir vasitəsi ilə daha çox ünsiyyətə girə biləcəklər, bir-birilərinin həyat tərzlərini öyrənəcəklər, problemlərini bölüşəcəklər, onların həlli yolunda təkliflərini irəli sürəcəklər. Bir sözlə, ümid edirəm ki, bu radiolar işğaldan azad edilən ərazilərimizin sakinləri arasında etibarlı informasiya qaynağına, eləcə də güvənli ünsiyyət vasitəsinə çevriləcək”, - deyə Q.Xəlilova əlavə edib.
Nicat DİLQƏMLİ
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

