108 əsirin qalıqları Ermənistandan gəldi
11.02.2022 [10:53]
İrəvan beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir
Pərviz SADAYOĞLU
Birinci Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımızın əksəriyyətinin taleyi hələ də məmmalı olaraq qalmaqdadır. Vətən müharibəsindəki qələbəmiz bu istiqamətdə də mühüm addımların atılmasına imkan yaradıb. Yeri gəlmişkən, fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən videoformat görüşdə bu məsələyə də toxunulub. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələsinə xüsusi olaraq diqqət ayırıb. Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşdüyünü bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə KİV-ə açıqlamasında ərazilərimizin işğaldan azad edilməsindən sonra qısa müddət ərzində həmin ərazilərdə kütləvi məzarlıqların tapıldığını deyib. XİN rəhbəri vurğulayıb ki, biz burada minlərlə insandan danışımırıq, amma ən azı bəlli sayda insan qalıqları tapılıb: "Qısa müddət ərzində Azərbaycan tərəfi bunu işğaldan azad olunmuş ərazilərdə müəyyən edib tapa bilirdisə, demək, həmin o işləri törətmiş erməni tərəfi buna çox yaxşı bələd idi. Ona görə də hesab edirik ki, Ermənistan tərəfinin məntiqsiz izahları heç bir əsas tapa bilməz və əminik ki, beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək".
Bu arada Ermənistan da Birinci Qarabağ Müharibəsi dövründə itkin düşən azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. Erməni baş nazir deyib ki, ölkəsi yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşır.
Maraqlıdır ki, N.Paşinyanın bəhs etdiyi bu 110 insanın qalıqları işğaldan azad edilmiş torpaqlarda olmayıb. Belə olsaydı, bu qalıqlara Azərbaycan əsgərləri rast gələrdilər. Bu nüans ortaya bir sıra suallar sıxarır. Demək ki, Birinci Qrabağ Müharibəsindən sonra əsir düşmüş azərbaycanlılar beynəlxalq hüqüqun tələblərinə uyğun şəkildə Azərbaycana qaytarılmayıb, əksinə Ermənistana aparılaraq zorla istismar edilib və qətlə yetiriliblər.
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də bildirib ki, Ermənistanın Azərbaycana təhvil verdiyi 108 nəfərin meyitinin qalıqları bəzi faktların üstünü açır. Bəlli olur ki, ermənilər Birinci Qarabağ Müharibəsində əsir düşmüş, girov götürülmüş şəxsləri Ermənistana apararaq onları orada işlədiblər, istismar ediblər. Bunu Ermənistanın baş nazirinin dedikləri də təsdiqləyir: "Paşinyanın dedikləridən belə çıxır ki, həmin qalıqlar Ermənistan ərazisində olub. Ermənilər əsir və girovları tam şəkildə istismar ediblər. Məlum məsələdir ki, Ağdam və digər regionlarımıza minaların daşınmasında, onların basdırılmasında da azərbaycanlı əsirlərdən istifadə olunub. Fikrimcə, həmin 108 nəfər birmənalı şəkildə erməni təcavüzünə, istismarına məruz qalmış azərbaycanlılardır. Bunlar müharibədən sonra Ermənistana aparılıblar və beynəlxalq hüququn tələblərini pozaraq, Azərbaycana qaytarılmayıblar. Necə ola bilər ki, həmin qalıqlar Ermənistandan çıxır? 2020-ci ilin noyabrından işğaldan azad edilmiş ərazilərimizə öz əsgərlərimiz nəzarət edir. Bir də sülhməramlıların nəzarətində olan ərazilər mövcuddur ki, oradan da hansısa bir şəxsin və ya şəxslərin qalıqlarının tapılması haqqında məlumat verilməyib. Demək ki, bu qalıqlar Ermənistanda olanlardır".
Millət vəkili bildirib ki, Birinci Qarabağ Müharibəsində itkin düşmüş əsir və girovların qalıqlarının qaytarılması prosesi davam etməlidir. Onun sözlərinə görə, Avropa İttifaqı səviyyəsində təzyiqlər olacağı təqdirdə Ermənistan bütün əsir və girovların qalıqlarını və ya ən azı onlar haqqında informasiyaları Azərbaycana verəcək. "Bizim 4 minə yaxın insanımız Birinci Qarabağ Müharibəsində əsir düşüb, girov götürülüb. Onlar kütləvi məzarlıqlarda da basdırıla bilər, hətta onların arasında sağ qalanlar da ola bilər. Fevralın 4-də keçirilən videogörüş zamanı Prezident İlham Əliyev bu məsələ ilə bağlı bütün detalları beynəlxalq aləmin təmsiçilərinə çatdırdı. Ermənistanın baş naziri isə beynəlxalq aləmin nümayəndələrinin qarşısında bununla bağlı öhdəlik götürüb, söz verib. Düşünürəm ki, beynəlxalq təşkilatların təzyiqi ilə Paşinyan öz öhdəliyini yerinə yetirəcək", - deyə A.Nağıyev əlavə edi.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58

