Məktəblərdə özbaşınalıq...
05.02.2022 [10:18]
Təhsil Nazirliyi tədbirlər planı hazırlayır
Günel ABBAS
Bir müddətdir, müəllim və şagird arasında olan münasibətlər sosial media platformalarında müzakirə olunur. İstər şagirdlərin, istərsə də müəllimlərin günahkar olduğu bu məsələlərə yönələn fikirlər də birmənalı deyil. Xüsusilə, tədris prosesindən olan videoların kütləvi şəkildə yayılması məsələni daha ciddi rakursa gətirib. Hadisələrin bu həddə gəlib çatması onu göstərdi ki, artıq bu məsələlərə peşəkarlar və səlahiyyətli orqanlar tərəfindən tənzimlənmələr gəlməlidir.
Mövzu ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova ilə əlaqə saxladıq. Hər kəsə məlumdur ki, yeni yaradılmış bu qurumun əsas vəzifələrindən biri də ayrı-ayrı yerlərdə məktəblərin fəaliyyətinə nəzarət etməkdən ibarətdir.
İctimai Şuranın sədri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, İctimai Şura yaranandan bir dəfə ümumi - bütün üzvlər ilə birlikdə, sonradan isə bir neçə dəfə təhsil naziri Emin Əmrullayevlə görüşlər keçirilib, müzakirələr aparılıb: “Nazirlə kommunikasiya məsələsində heç bir problem yaşamamışıq. Şuramız ictimai iştirakçılıq haqqında qanunun verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Mərkəzi dövlət qurumunun fəaliyyətinə bu sahədə qanunların, hər hansı proqramların, məsələlərin qəbul edilməmişdən əvvəl müzakirəsi, nəzarət funksiyası, ictimaiyyətlə nazirlik arasında körpü rolunu oynamaq, ictimai dinləmələrin keçirilməsi, ictimai rəylərin öyrənilməsi aiddir. Təklif etdiyimiz fəaliyyətlər əsasında öz işlərimizi görürük, ictimai uranın özünün fəaliyyət planı var. Plan 9 üzvümüzün məsuliyyətinə görə bölüşdürülüb və iş bölgüsü əsasında öz fəaliyyətimizi icra edirik. Elə ötən gün biz Təhsil Nazirliyinin də dəstəyi ilə məktəbdə təlim və tərbiyə məsələsində ilk ictimai dinləməni keçirdik. Bu dinləmədə məktəblərdə təhsilin, tədris və idarəetmə prosesinin keyfiyyətinin ölçülməsi məqsədilə keçirilən monitorinqlərin nəticələrinə toxunduq. Həmçinin təhsilin inkişafı ilə əlaqədar bir sıra çağırışlar səsləndirdik”.
G.Səfərova son zamanlar məktəblərdə baş verən müəllim və şagird münasibətlərinə, eləcə də cəmiyyətdə müəllim imicinin zədələnməsinə öz fikirlərini bildirdi. Onun sözlərinə görə, müəllim və şagird münasibətlərinə ictimai müzakirə zamanı da geniş toxunulub: “Ümumiyyətlə, məktəblərdə özbaşınalığın hökm sürməsi anlayışı bir qədər mücərrəddir. Tələbələrin və məktəblilərin uyğun olmayan davranışları heç kimə sirr deyil. Sadəcə, hazırda sosial şəbəkələr vasitəsilə daha çox yayılır və müzakirəyə çevrilir. Təhsil Nazirliyi bunu görməzdən gələrək problemi yox etmə siyasətini güdmür, bu da özlüyündə çox sevindiricidir. İndi bunu necə həll edə bilərik, vəziyyəti necə yaxşılaşdıra bilərik üzərində düşünürük. Məktəb direktorlarının özlərinin doğru davranış istiqamətini seçməsi, müəllimlərin tədris və təlim prosesini necə aparacağını müəyyən etməsi lazımdır”.
Şura sədri vurğuladı ki, uşaqların hər biri fərqlidir və onlar təhsil ocaqlarına müxtəlif ailələrdən gəlirlər: “Onların özünəməxsus emosiyaları, davranışları var. Həm valideyn, həm məktəb, həm də uşaq arasında qurulmuş doğru davranış qaydaları çərçivəsində təlim-tərbiyə aparılsa, heç bir problem olmaz. Bu prosesə biz təhsil ekspertlərini də cəlb edəcəyik. Məsələnin üzərində mütəmadi işləyərək vəziyyəti yaxşılaşdırmağa çalışacağıq. Elə ötən günkü müzakirələr göstərdi ki, bu dinləmələrə həqiqətən ehtiyac var”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

