Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxda partlayış olan yerdən daha 17 ədəd kasetli bomba tapılıb

Yevlaxda partlayış olan yerdən daha 17 ədəd kasetli bomba tapılıb

03.02.2022 [12:00]

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda çobanın partlayış nəticəsində ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN-in bununla bağlı yaydığı məlumatda deyilir ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Yevlax Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, fevralın 1-i saat 22 radələrində Yevlax rayon ərazisində 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.

Partlayan əşyanın Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atılan kaset tipli sursat olduğu müəyyən edilib.

Paylaş:
Baxılıb: 1109 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31