YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilib
08.06.2017 [10:12]
İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları və qonaqlar əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən konfrans Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yolundan, həmçinin YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərdən bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hesabat məruzəsi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verib. Çıxışında həmçinin hesabat dövründə rayon təşkilatının Ümummilli lider Heydər Əliyevin ideyalarını, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqlərini, partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəaliyyət istiqaməti kimi daim rəhbər tutduğunu deyən Rövşən Əhmədov YAP Ağcabədi rayon təşkilatının üzvlərinin bundan sonra da üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlarını bildirib.
Sonra Nəzarət-Təftiş Qrupunun sədr müavini Elsevər İsmayılov hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxış edən rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini vurğulayıblar.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP İcra Katibliyinin əməkdaşı Kərim Kərimov partiyanın yaranma tarixi və Azərbaycanın inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verib.
Natiqlər vurğulayıblar ki, YAP əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübuta yetirib. YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 13 nəfərdən ibarət İdarə Heyəti, 9 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Rövşən Əhmədov yenidən YAP Ağcabədi rayon təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17

