YAP Abşeron rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
19.02.2016 [09:42]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib: “Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur. Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir”.
B.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizdə sosial-iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirib. Onun sözlərinə görə, Azərbaycan xalqı, o cümlədən partiyamızın üzvləri bu siyasəti yüksək qiymətləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışırlar.
Daha sonra YAP Abşeron rayon təşkilatının yaranma tarixindən danışan B.Vəliyev qeyd edib ki, rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. Yarandığı vaxtdan təşkilat kəmiyyət və keyfiyyət baxımından uğurlara nail olub və bu gün üzvlərinin sayı 8 min nəfərə yaxındır. Onun sözlərinə görə, təşkilat üzvləri daim ictimai-siyasi proseslərdə böyük fəallıq göstərirlər.
Tədbirdə “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və YAP Abşeron rayon təşkilatının yaranmasında böyük rolu olan, təşkilatın təsisçilərindən Şərqiyə Fərəcova çıxış edərək rayon təşkilatının keçdiyi yol haqqında fikirlərini bildiriblər.
Çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmməd Həsənov ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. M.Həsənov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.
YAP Abşeron rayon təşkilatının partiyanın ən böyük, nümunəvi yerli strukturlarından biri olduğunu deyən M.Həsənov təşkilatın üzvlərinin ictimai-siyasi proseslərdə, eləcə də Abşeron rayonunda həyata keçirilən quruculuq işlərində fəal iştirak etdiklərini vurğulayıb.
Sonda YAP Abşeron rayon təşkilatının bir qrup fəalı fəxri fərmanlarla təltif olunub, eyni zamanda, partiya sıralarına qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

