Azərbaycan–Ukrayna münasibətləri: siyasi dialoq və əməkdaşlığın yeni mərhələsi
28.04.2026 [12:11]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Aprelin 25-də Qəbələdə keçirilən görüşlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış edərək iki dövlət arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini geniş şəkildə dəyərləndirdilər. Bəyanatlarda qeyd olunan fikirlər tərəflər arasında formalaşmış siyasi dialoqun artıq sabit və davamlı xarakter aldığını, əməkdaşlığın isə konkret nəticələrə əsaslanaraq yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
İki dövlət arasında münasibətlərin əsasını təşkil edən strateji tərəfdaşlıq sənədləri əməkdaşlığın möhkəm hüquqi bazasını formalaşdırır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış sənədlər qarşılıqlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini təsbit edir. Bu prinsiplər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək şəklində özünü büruzə verir. Tərəflər beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək bir-birinin mövqeyini müdafiə edir. Bu yanaşma münasibətlərin strateji mahiyyətini daha da gücləndirir.
Dövlət başçıları arasında son illərdə keçirilən görüşlərin intensivliyi münasibətlərin dinamik inkişafının əsas göstəricilərindən biridir. Son dörd il ərzində yeddi dəfə baş tutan görüşlər, o cümlədən beynəlxalq platformalar çərçivəsində keçirilən təmaslar qarşılıqlı etimadın möhkəmləndiyini təsdiqləyir. Xüsusilə 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə ilk səfəri ilə başlayan şəxsi münasibətlər bu gün də siyasi dialoqun əsas dayaqlarından biri kimi çıxış edir. 2022-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə həyata keçirdiyi səfər çərçivəsində aparılan müzakirələr də ikitərəfli əlaqələrin dərin məzmun kəsb etdiyini təqdiqləyir. Bu kontekstdə liderlər arasında formalaşan səmimi dialoq dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir.
Son dövrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xarici İşlər nazirlikləri arasında keçirilən məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclasları əməkdaşlığın sistemli şəkildə inkişafına xidmət edir. Bu mexanizmlər vasitəsilə tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığı koordinasiya edir, prioritet istiqamətləri müəyyənləşdirir və yeni təşəbbüsləri müzakirə edirlər. Gələcəkdə bu tədbirlərin Ukraynada keçirilməsi ilə bağlı razılaşmalar isə əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
İkitərəfli münasibətlərdə energetika sektoru xüsusi yer tutur. SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti bu sahədə əməkdaşlığın praktik nəticələrindən biridir. Şirkətin fəaliyyəti enerji sahəsində qarşılıqlı faydalı tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir. Bununla yanaşı, yeni birgə layihələr, sərmayə qoyuluşu və enerji təhlükəsizliyi istiqamətində təşəbbüslər də müzakirə olunub. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlərin ətraflı müzakirə edildiyini bildirib: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”. İnvestisiya layihələrinin təşviqi, qarşılıqlı biznes mühitinin genişləndirilməsi və yeni iqtisadi təşəbbüslərin həyata keçirilməsi gələcək dövr üçün əsas prioritetlər kimi müəyyən edilir. Bu istiqamətdə görüləcək işlər münasibətlərin iqtisadi əsaslarını daha da gücləndirəcəkdir.
Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlıq da diqqət mərkəzində olub. Hər iki tərəfdə müdafiə sənayesinin inkişafı bu sahədə birgə istehsal və texnoloji əməkdaşlıq üçün əlverişli şərait yaradır. Sənaye kooperasiyasının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib. Bu sahədə əməkdaşlıq təkcə təhlükəsizlik aspektində deyil, həm də sənaye inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş dayanıqlı modelə çevrilib. Müntəzəm təmaslar, güclü siyasi baza və geniş əməkdaşlıq spektri bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Yüksək səviyyəli dialoqun davam etdirilməsi, iqtisadi və enerji sahələrində yeni layihələrin reallaşdırılması, eləcə də sənaye və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi qarşıdakı dövr üçün əsas istiqamətlər kimi çıxış edir. Bu baxımdan, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə mühüm təkan verən hadisə kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38

