Sabit və çoxşaxəli əməkdaşlıq modeli
28.04.2026 [10:22]
Cari il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfərini analitiklər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı və Kiyev dəyişən geosiyasi reallıqlar fonunda əməkdaşlığı daha praqmatik və çoxşaxəli əsasda genişləndirmək niyyətindədir.
İşgüzar səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki dövlət arasında münasibətlərin dinamik inkişaf tempini bir daha nümayiş etdirdi. Dövlətimizin Başçısı cənab İlham Əliyevin çıxışında qeyd olunan dəyərli fikirlər tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində əlaqələrin inkişafını ifadə edir.
Prezident İlham Əliyev bəyan etdi ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Ölkələrimiz arasında əməkdaşlığın çox güclü siyasi təməli olduğunu vurğulayan Dövlət Başçımız bildirdi ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsipi Azərbaycan-Ukrayna münasibətlərinin ideoloji və siyasi təməlini təşkil edir. Bu prinsipin davamlı şəkildə qorunması tərəfdaşlığın uzunmüddətli xarakterini möhkəmləndirir. İqtisadi əməkdaşlıqda isə enerji sektoru xüsusi yer tutur. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Enerji təchizatı, yanacaq infrastrukturu və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi münasibətlərin əsas komponentlərini gücləndirir. Bununla yanaşı, investisiya qoyuluşlarının artırılması və ticari əlaqələrin genişləndirilməsi də əsas prioritetlərdəndir. Nəqliyyat, logistika və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və qarşılıqlı faydalılığın artmasına şərait yaradır. Bu istiqamətlər gələcəkdə əməkdaşlığın real iqtisadi nəticələrinin daha da genişlənəcəyindən xəbər verir. Dövlətimizin Başçısının qeyd etdiyi kimi, birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələr bir daha təsdiq edir ki, iki dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan - Ukrayna münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşmış sabit və çoxşaxəli əməkdaşlıq modelidir.
Fəridə Xudiyeva
YAP Qazax rayon təşkilatının gənc partiya fəalı
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35

