/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qeyd edilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qeyd edilib
11.05.2017 [10:27]
Ulu öndər Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyevlə eyni zamanda yaşamış nəsil üçün bu, bir xoşbəxtlikdir. Keçmiş 15 sovet respublikası müstəqillik əldə etsə də, Azərbaycan tam müstəqil deyildi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, səriştəsiz şəxslərin hakimiyyətdə vəzifə bölgüsü, məhv olan iqtisadiyyat müstəqil dövlət parametrlərinə uyğun gəlmirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqil dövlət parametrlərini bərpa etdi. Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biridir. Daha sonra torpaq islahatı başladı, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bütün bunlarla Azərbaycanın gələcək inkişafının əsası qoyuldu. Bu gün baxmayaraq ki, neftin qiyməti düşüb, ümumən iqtisadiyyatda müəyyən zəifləmələr var, ancaq Azərbaycan inkişaf edir, hətta digər dövlətlərə yardım edir.
Nazir Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu öndər Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ulu öndərin adı ilə bağlı olduğunu söyləyən Kəmaləddin Heydərov Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb.
Nazir deyib ki, Ulu öndər Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: “Bu gün Heydər Əliyevin yolu, gördüyü işlər davam etdirilir. Azərbaycanda hazırda çoxlu sayda möhtəşəm beynəlxalq tədbirlər keçirilir, ölkəmiz belə tədbirlərin mərkəzinə çevrilib. Azərbaycanı sevən insanlar Ümummilli lider Heydər Əliyevin ideyalarını nəinki yaşatmalı, hər kəs bunu öz həyatında davam etdirməlidir. Hər kəs Ulu öndər Heydər Əliyev ideyalarını özü üçün böyük zəmin, dayaq bilməlidir. Bu halda Azərbaycanın bundan sonrakı inkişafı daha böyük, sürətli olacaq”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, zaman keçdikcə Ulu öndər Heydər Əliyevin böyüklüyü daha çox dərk edilir: “Hər bir sahədə Heydər Əliyevin atdığı addımları, işləri görürük. Heydər Əliyevin azərbaycançılıqla bağlı atdığı addımlar ölkəmizi dünyaya bir xalq, dövlət kimi təqdim edib. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin parçalanmasının qarşısını aldı, respublikada yaşayan müxtəlif xalqları azərbaycançılıq ideologiyası altında birləşdirdi”.
Siyavuş Novruzov qeyd edib ki, bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Ulu öndər Heydər Əliyev vurğulayırdı ki, iqtisadi inkişafın birinci şərti ictimai-siyasi sabitlikdir. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkəmizdə mötəbər beynəlxalq tədbirlər keçirilir. O, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı danışıb.
Tədbirə yekun vuran nazir Kəmaləddin Heydərov regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir: “Biz də çalışmalıyıq ki, Azərbaycan insanı rahat yaşasın. Bizim Dağlıq Qarabağ problemimiz var. Bu problemin həlli üçün danışıqlar aparılır, eyni zamanda, ordu quruculuğu uğurla davam etdirilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan güclüdür, bundan sonra da daha güclü olacaq. Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə o torpaqları azad edəcəyik və o torpaqlarda nazirliyimizin orqanlarını yaradacağıq. Biz dövlətimizin başçısına daim dəstək verməyə hazırıq”.
Fövqəladə hallar naziri bu günlərdə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına toxunub: “Kifayət qədər neftlə zəngin, bizdən əvvəl müstəqil olan ölkələr var. Ancaq məhz Azərbaycan bu böyük idman oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Çünki Azərbaycan uğurla inkişaf edir. Azərbaycana turistlərin axını da təsadüfi deyil. Bu, ictimai-siyasi sabitliyin, buna əsaslanan inkişafın nəticəsidir.
Biz inanırıq ki, Azərbaycanın gələcəyi çox gözəl olacaq. Biz Heydər Əliyevçi olmağımızla fəxr edirik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

