Avropa Parlamentinin üzvü: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır
26.04.2017 [09:14]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov aprelin 24-də ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı, Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti xanım Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın bütün Avropa ölkələri ilə, o cümlədən nümayəndə heyətinin təmsil olunduğu İtaliya hökuməti ilə dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edən F.Hüseynov bildirib ki, ikitərəfli əlaqələrin dərinləşməsi sahəsində aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Avropa dövlətlərinin bir çoxu Azərbaycana strateji tərəfdaş kimi baxır.
Müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılmasında bu cür səfərlərin və görüşlərin təşkilinin vacibliyini önə çəkən Komitə sədrinin müavini səfər proqramı çərçivəsində qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində tətbiq edilən və oxşar problemlə üzləşən ölkələrə nümunə kimi dəyərləndirilən Azərbaycan modeli ilə tanış olmaq üçün görüşə gəldiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirib. O, qonaqlara Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi hərtərəfli tədbirlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin tarixi kökləri və yaranma səbəbləri barədə hərtərəfli məlumat verib.
Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılan görüşdə vurğulanıb ki, Prezidentin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrə, digər hüquqi-normativ aktlara uyğun olaraq bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir. Məhz bunların nəticəsidir ki, bu gün dünyada və yaşadığımız regionda hökm sürən təhlükələr, qanlı münaqişə və müharibələr nəticəsində Avropanı bürüyən miqrant böhranının dərinləşməsinə, bir çox ölkələrin bu problemin həllində aciz qalmasına, miqrantlara qarşı qeyri-insani münasibətlər göstərilməsinə, dünyada davam edən maliyyə və iqtisadi böhranın gətirdiyi çətinliklərə baxmayaraq, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, problemlərinin həlli Azərbaycan dövlətinin təminatındadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunulan görüşdə F.Hüseynov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan nəyin bahasına olursa-olsun torpaqlarını işğaldan azad edərək öz vətəndaşlarını doğma ocaqlarına qaytaracaq. Bu istiqamətdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işləri də məhz “Böyük Qayıdış”ın başlanğıcı kimi dəyərləndirən F.Hüseynov bildirib ki, hazırda xalqımız, xüsusilə də məcburi köçkün soydaşlarımız bu əhval-ruhiyyə ilə yaşayır.
Görüşdə Avropa Parlamentinin deputatı xanım Lara Komi Azərbaycanda ilk dəfə səfərdə olduğunu, ölkəmizin sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da artdığını vurğulayıb.
Xanım deputat ölkəmizin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirləri, bu sahədə əldə olunan uğurlu təcrübəni yüksək qiymətləndirib və Avropa ölkələrinin, o cümlədən İtaliyanın bu cür təcrübələrə ehtiyacı olduğunu bildirib.
Qonaqlar Azərbaycana səfərlərinin məqsədini açıqlayaraq bu görüşün onlar üçün çox mühüm əhəmiyyət kəsb etdiyini, qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat almağın önəmli olduğunu bildirib, bu kimi məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52

