103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
23.05.2026 [07:54]
“Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlanıb. Sənəd WUF13-də iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub. “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəddə deyilir:
“Biz - WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri olaraq aşağıdakıları bəyan edirik:
- Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik edirik. Forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin prioritetləri sırasına daxil etdi;
- dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunədir. Bu xüsusda biz “Azərbaycan təcrübəsi”nin dünyanın postmünaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını təklif edirik;
- WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir;
- müxtəlif ölkələrdən 1000-dən çox QHT-ni özündə birləşdirən Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal həmrəylik aktı kimi çıxış edir. Biz “UN Habitat”ı bu təşəbbüsü dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti tərəfdaşı kimi tanımağa və bu modeli gələcək Forumların daimi komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik Mərkəzinin yaradılmasını təklif edirik;
- Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı, davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq;
- Qarşıdakı WUF sessiyalarının WUF13 təcrübəsinə əsaslanan birgə əməliyyat qaydalarının hazırlanması ilə bağlı Niyyət Məktubundan irəli gələrək, "Bakı Standartı"na uyğun təşkil olunmasını təşviq edirik”.
22 may 2026-cı il, Bakı, Azərbaycan.
Qeyd edək ki, “Bakı Bəyannaməsi” “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə cari il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş “WUF13 NGO Forum”dan üç gün sonra qəbul edilib. 800-ə yaxın xarici və yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş “WUF13 NGO Forum”dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub. “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. “UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35

