Ötən il Azərbaycanda radikal ekstremizmlə mübarizə ilə bağlı 42 sosial layihə reallaşdırılıb
06.05.2017 [12:44]
2016-cı ildə Azərbaycanda radikal ekstremizmlə mübarizə ilə bağlı 42 sosial layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fakt mayın 5-də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Kiber-mühitdə ekstremizmlə mübarizənin aspektləri: Gənclərin zorakılığa aparan radikallaşması” mövzusunda sessiyada səslənib.
Sessiyanın moderatoru, rabitə və informasiya sektorunun universal giriş və mühafizə bölməsinin rəhbəri Boyan Radoykov bildirib ki, gənclər hər gün internet qarşısında 6-7 saat vaxt keçirir. Bu, üzərimizə böyük məsuliyyət qoyur. Çünki hazırda sosial şəbəkələr vasitəsilə ən çox gənclər radikal ekstremizmə cəlb edilir. UNESCO-nun səyi nəticəsində “facebook”da radikal ekstremizm təbliğatı aparan 325 min istifadəçinin hesabı bağlanıb.
“Information for All Programme” (IFAP) proqramının Hökumətlərarası şurasının sədri və Qrenadanın UNESCO yanında daimi nümayəndəsinin müavini Çafika Haddad kiber-mühitdə ekstremizmlə mübarizənin aspektlərindən danışaraq vurğulayıb ki, informasiya güc mənbəyidir. Bir çox məsələlərin həllində və ölkələrin inkişafında böyük rol oynayan informasiya, həmçinin sülhə və birliyə aparan yoldur.
Ç.Haddadın sözlərinə görə, müasir texnologiyalar ölkələrin bir-birinə yaxınlaşmasında, mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır. Lakin radikal ekstremizmə meylli qruplar bundan təhlükəsizliyi pozmaq üçün istifadə edirlər. “Bizim məqsədimiz gənclərin internet vasitəsilə radikallaşmasının qarşısını almaqdır. Bununla bağlı UNESCO-nun müvafiq proqramları var. Onların arasında ən mühümü IFAP proqramıdır. Proqram gəncləri radikallığa cəlb edən qruplara qarşı fəaliyyət göstərir”, - deyə Ç.Haddad vurğulayıb.
Məruzəçi forumda belə bir layihənin təbliği üçün imkan yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, bunun özü də radikal ekstremizmlə mübarizə istiqamətində atılmış əhəmiyyətli addımdır.
UNESCO tərəfindən iyun ayının 1-2-də Parisdə kiber-mühitdə ekstremizmlə mübarizə ilə bağlı konfrans təşkil olunacağı barədə məlumat verən Ç.Haddad deyib ki, konfransda müxtəlif ölkələrdən gələn gənclərin ehtiyacları dinləniləcək və internetdə radikallaşma ilə bağlı mübarizədən söhbət açılacaq. UNESCO radikal ekstremizmlə mübarizə üçün bundan sonra da təlimlər təşkil edəcək.
Azərbaycan hökumətinə və UNESCO-ya radikal ekstremizm mövzusuna göstərdiyi həssaslığa görə təşəkkür edən Qahirə Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, sabiq səfir, Misirin UNESCO yanında daimi nümayəndəsi Mohamed Sameh Amr bildirib ki, radikal ekstremizm ən çox yoxsulluq, işsizlik olan və təhsilin zəif inkişaf etdiyi ölkələrdə yayılır. Gənclər sosial şəbəkələrdən çox istifadə etdikləri üçün təsir altına daha tez düşürlər. Lakin internetdən düzgün istifadə edən gənclər də var. Onlar sosial şəbəkə vasitələrindən dünyagörüşlərini, bilik və bacarıqlarını artırmaq üçün istifadə edir. Radikal ekstremizmlə mübarizədə bu cür gənclər də böyük rol oynaya bilərlər.
Mohamed Sameh Amrin sözlərinə görə, ekstremizmi təbliğ edən qruplaşmalar dini, irqi, milli amillər əsasında formalaşmır. Onlar sosial şəbəkələrdən sui-istifadə edirlər. Bu cür hallar araşdırılmalı və qarşısının alınması üçün tədbirlər görülməlidir.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda müxtəlif xalqlar sülh şəraitində yaşayır, milli və dini tolerantlıq hökm sürür. Radikal ekstremizm hansısa etnik qrupa xas olmasa da, bundan bütün ölkələr əziyyət çəkir. Bunun çox həssas mövzu olduğunu vurğulayan F.Hacıyev qeyd edib ki, internet məkanında hər kəsin təbliğat aparması üçün imkanlar var. Bundan radikal ekstremizmin yayılması üçün istifadə edən qruplar əsasən zəif xarakterli insanları hədəfə alır. Bu bəlanın qarşısını almaq üçün əməkdaşlıq çərçivəsində mübarizə aparılmalıdır.
“Azərbaycanda gənclərə böyük önəm verilir. Onların düzgün tərbiyəsi və sağlamlığı dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Təsadüfi deyil ki, ölkəmizdə idman inkişaf etdirilir, gənclər idman yarışlarına cəlb olunur. Bu, hər bir şəxsin daxilindəki radikallığı aradan qaldırmaq üçün ən gözəl vasitədir. Gənclər Fondu Azərbaycanda ötən il radikal ekstremizmlə mübarizə ilə bağlı 42 sosial layihə reallaşdırıb. Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi də radikallığa qarşı atılan mühüm addımlardan biridir. Tarixboyu Azərbaycanda hər kəs sülh, tolerantlıq içərisində yaşayıb”, - deyə F.Hacıyev vurğulayıb.
Gənclərin məlumatlandırılması və təlimi üzrə Afrika QHT-sinin Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel Da Hien bildirib ki, Afrika müharibə və konfliktlər ölkəsidir. Orada hüquqları tapdalanan insanlar var və bundan ən çox gənclər əziyyət çəkir. Hazırda Afrikanın qərbində qanlı münaqişələr yaşanır. Nigeriya, Kamerun və digər ölkələrdə islam pərdəsi altında terrorla məşğul olan qruplaşmalar fəaliyyət göstərir. Bütün bunlar isə zəif idarəçilik və korrupsiya səbəbindən yaranıb.
Daniel Da Hienin fikrincə, bu gün müəllimlər maarifləndirmə rolunu internet qədər oynaya bilmirlər. Ekstremizm ölkələri kasıbçılıq və iqtisadi geriləməyə aparır. Bunun qarşısını almaq üçün informasiya və texnologiyalardan səmərəli istifadə edilməlidir. “Beynəlxalq ictimaiyyəti bu mübarizədə birgə hərəkət etməyə səsləyirik. Mənim ölkəmdə gənclər təhsilin aşağı səviyyədə olması səbəbindən radikal ekstremizmin qurbanına çevrilir. Onların maarifləndirilməsi üçün imkanlar azdır. Gənclər sosial şəbəkələrdən daha çox internet kafelərdə istifadə etdiyi üçün valideyn nəzarətindən uzaq olurlar. Təklif edirəm ki, radikal ekstremizmlə mübarizə üçün radio və televiziyalarda xüsusi debatlar təşkil edilsin. Hazırda mövcud olan bütün sosial şəbəkələrdə müzakirə qrupları yaradılsın”, - deyə Daniel Da Hien qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

