Təzyiq dərmanı beyin şişinə çarə ola bilər – TƏDQİQAT
04.01.2025 [12:47]
Çinli alimlər geniş istifadə olunan hipertoniya dərmanının nadir, lakin olduqca aqressiv bir beyin şişinin müalicəsində təsirli ola biləcəyini aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb.
Kraniofaringioma adlanan şiş xoşxassəli olsa da, beynin hipotalamus və hipofiz vəzisi yaxınlığında yerləşərək kritik sinir strukturlarında böyüməyə səbəb olur və ciddi fəsadlar yarada bilir. Bu şiş hormon funksiyalarını pozaraq piylənmə, şəkərli diabet və hipotiroidizm kimi maddələr mübadiləsi pozğunluqlarına yol aça bilir. Hazırda əsas müalicə üsulu yüksək risklər, o cümlədən şişin yenidən əmələ gəlməsi ehtimalı olan cərrahiyyədir.
Çin Elmlər Akademiyasının tədqiqatçıları geniş istifadə olunan “amlodipin besilat” adlı hipertoniya dərmanının bu şişin böyüməsini güclü şəkildə zəiflətməsini aşkar ediblər. Tədqiqatçılar kraniofaringiomanın patoloji inkişafını təqlid etmək üçün iki siçan modeli hazırlayıblar. Bu modellər vasitəsilə hipotalamusun sinir hüceyrələri ilə şiş hüceyrələri arasındakı əlaqələri öyrəniblər. Araşdırmalar göstərib ki, bəzi neyronların aktivləşdirilməsi şişin böyüməsini sürətləndirir, sinir hüceyrələrinin fəaliyyətinin azalması isə onun inkişafını əngəlləyir. Alimlər antitümor potensialı üçün təxminən 3000 birləşməni analiz edərək, perspektivli 74 birləşmə müəyyənləşdiriblər. Bu tədqiqat zamanı hipertoniya müalicəsində istifadə olunan amlodipin besilatın xüsusilə təsirli olduğu ortaya çıxıb.
Mütəxəssislər bildirirlər ki, dərmanın mövcud təhlükəsizlik profili və geniş istifadəsi onu şişlə mübarizədə mühüm vasitəyə çevirir. Alimlər dərmanın hipotalamusun sinir hüceyrələri ilə şiş hüceyrələri arasındakı əlaqələrdə mühüm rol oynayan kalsium siqnallarını bloklamaqla təsir göstərdiyini düşünürlər.
Tədqiqatın rəhbəri Vu Çinfenq “South China Morning Post” qəzetinə açıqlamasında qeyd edib: “Beyin cərrahları, nevroloqlar, endokrinoloqlar və onkoloqlarla sıx əməkdaşlıq edərək, bu dərmanın klinik praktikaya uyğunlaşdırılmasını təşviq edəcəyik”.
Alimlər bildirirlər ki, dərmanın insan beyni üzərindəki təsirləri, baş ağrısı və ürək döyüntüsü kimi mümkün əks təsirlər də daxil olmaqla daha ətraflı araşdırılmalıdır. Araşdırmada deyilir: “Terapevtik təsirlər neyron-şiş hüceyrə qarşılıqlı təsirlərində və neyroendokrin neyron fəaliyyətində iştirak edən zəiflədilmiş kalsium keçidləri ilə əlaqələndirilir”.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

