Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Avropa çempionatı: Sərbəst güləşçilər üçün 4 qızıl, 1 bürünc medal şansı

Avropa çempionatı: Sərbəst güləşçilər üçün 4 qızıl, 1 bürünc medal şansı

26.04.2026 [13:37]

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, yarışın son günündə Azərbaycanın 5 sərbəst güləşçisi medal görüşünə çıxacaq. Onlardan 4-ü finalda, 1-i isə 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Turan Bayramov (74 kiloqram) Taymuraz Salmazanovla (Slovakiya), Arseni Cioyev (86 kiloqram) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) qızıl medal uğrunda güləşəcək.

Nürəddin Novruz (61 kiloqram) isə Avropa üçüncüsü olmaq üçün Arsen Arutyunyanı (Ermənistan) sınağa çəkəcək.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 9 medal var. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31