ABŞ-Türkiyə əməkdaşlığı Avrasiyanın geosiyasi perspektivi üçün nə vəd edir?
20.05.2017 [08:09]
Müasir dünya siyasətinin inkişaf dinamikası və gələcəyinə təsir edən strateji amillərdən biri güc mərkəzləri arasındakı regional əməkdaşlıqdır. Bu kontekstdə regional və qlobal siyasətin konturlarını müəyyənləşdirən strateji faktor kimi ABŞ-Türkiyə əməkdaşlığı xüsusi qeyd edilməlidir.
Vaşinqton-Ankara işbirliyi regional təhlükəsizlik kontekstində strateji əhəmiyyət kəsb edir
Vurğulamaq gərəkdir ki, bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri kontekstində müzakirə olunan məsələlər, səsləndirilən fikir və bəyanatlar deməyə əsas verir ki, bu iki ölkə arasında işbirliyinin gücləndirilməsi regional və qlobal təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Hazırda isə Ankara-Vaşinqton cəbhəsində münasibətlərin inkişafı istiqamətində pozitiv dinamika müşahidə edilir. Siyasi ekspertlər bu iki dövlətin regional təhlükəsizlik kontekstində əməkdaşlığın möhkəmləndirilməsi yolunu seçməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər. Həqiqətən də, XXI əsr qloballaşma şəraitində Türkiyə-ABŞ münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Əsas məsələ Türkiyə ilə ABŞ-ın əməkdaşlığının regional təhlükəsizliyin təmin olunması istiqamətində vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçünsə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.
Avrasiyada yeni geosiyasi nizam tərəflərin paritet əməkdaşlığından keçir
Beləliklə, Türkiyə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetərincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da ABŞ və digər Qərb ölkələri üçün önəmlidir.
ABŞ isə müasir dünya siyasətinin başlıca geosiyasi konturlarını müəyyənləşdirən güc mərkəzlərindən biridir, buna görə də bu ölkə ilə əməkdaşlıq həm çoxtərəfli münasibətlərin inkişafı, həm də geostrateji əməkdaşlıq platformalarında təmsil olunmaq baxımından əhəmiyyətlidir. Xüsusilə də, Vaşinqtonla siyasi işbirliyi regionda terrorizmlə mübarizə və təhlükəsizliyə dair digər istiqamətlərdə koordinasiyalı fəaliyyət üçün önəm daşıyır. Yeri gəlmişkən, bəhs olunan səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp vurğulayıb ki, ABŞ regionda ümumi təhdidlərə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, ABŞ ilə Türkiyənin narahat regionda sıx əməkdaşlığı bütün dünyaya örnək olmalıdır.
O da vurğulanmalıdır ki, ekspertlər bu iki ölkənin iştirakı ilə regionda yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılmasının strateji zərurət kimi çıxış etdiyini bildirirlər.
Beləliklə, Türkiyə-Rusiya əməkdaşlığı Avrasiyanın geosiyasi perspektivi üçün strateji əhəmiyyət kəsb edir. Digər bir nüans isə odur ki, əgər tərəflər əməkdaşlığın inkişafına üstünlük verərsə, o zaman bu əməkdaşlıq çərçivəsində regionda mövcud olan münaqişələrin həlli məsələsinin aktuallaşması da gözləniləndir. Hər halda, ABŞ-Türkiyə münasibətlərinin inkişafının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə hər iki dövlətin strateji maraqları təmin olunmalıdır. Yəni Avrasiyada yeni geosiyasi nizam tərəflərin paritet əməkdaşlığından keçir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28

