UNESCO obyektləri biomüxtəlifliyin qorunmasında əsas amildir
23.04.2026 [15:32]
UNESCO-nun çərşənbə axşamı yayımlanan hesabatında təşkilatın obyektlərinin həm insanların rifahına, həm də təbiətin qorunmasına müstəsna töhfə verdiyi vurğulanır. 1970-ci ildən bəri dünyada vəhşi heyvan populyasiyaları 73 faiz azaldığı halda, UNESCO-nun mühafizə etdiyi ərazilərdə onlar nisbətən sabit qalır. Bu torpaqlarda mindən çox dildə danışılır, obyektlərin təxminən dörddəbiri isə yerli xalqların torpaq və ərazilərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
“UNESCO-nun obyektlərində insan və təbiət: qlobal və yerli töhfə” adlı hesabat təşkilatın bütün obyekt kateqoriyalarının - Ümumdünya irsi obyektlərinin, biosfer qoruqlarının və qlobal geoparkların vahid şəbəkə kimi araşdırıldığı ilk tədqiqatdır. Bu şəbəkəyə ümumi sahəsi 13 milyon kvadratkilometri ötən 2260-dan çox obyekt daxildir. Bu göstərici Çin və Hindistanın birlikdə ərazisindən daha böyükdür.
“Nəticələr aydındır: UNESCO-nun obyektləri həm insanlara, həm də təbiətə xidmət edir. Bu ərazilərdə icmalar inkişaf edir, bəşəriyyətin irsi qorunur, biomüxtəliflik isə digər regionlarda sürətlə azalmasına baxmayaraq sabit qalır”, - deyə UNESCO-nun Baş direktoru Xaled əl-Ənani bildirib.
Hesabata əsasən, UNESCO obyektlərində məlum flora və fauna növlərinin 60 faizindən çoxu yaşayır. Onların təxminən 40 faizi isə planetin başqa heç bir yerində rast gəlinmir. Bu zonalarda təxminən 240 giqaton karbon saxlanılır. Bu həcm atmosferə buraxılacağı təqdirdə iki onillik ərzində qlobal emissiyalarla müqayisə oluna bilər. Hər il bu obyektlərin meşələrinin payına dünyadakı bütün meşələrin udduğu karbonun təxminən 15 faizi düşür. Bu obyektlərin qlobal əhəmiyyətinə baxmayaraq, onlar artan təzyiq altındadır. Obyektlərin təxminən 90 faizi yüksək ekoloji stres səviyyəsinə məruz qalır, təhlükəli iqlim hadisələrinin sayı isə son on ildə 40 faiz artıb.
2050-ci ilədək UNESCO-nun obyektlərinin dörddəbirindən çoxu kritik həddə çata bilər ki, bu da potensial olaraq geri dönməz nəticələrə səbəb olacaq. Qəti tədbirlərin görülməməsi buzlaqların yox olması, mərcan riflərinin dağılması, növlərin sıxışdırılıb çıxarılması, su çatışmazlığının artması, meşələrin karbon uducusu statusundan karbon mənbəyinə çevrilməsi təhlükəsini yaradır.
Hesabatda, həmçinin bu regionlarda təbiətlə icmalar arasında dərin bağlılığın olduğu vurğulanır. Ümumilikdə bu obyektlərin ərazisində təxminən 900 milyon nəfər yaşayır ki, bu da dünya əhalisinin təxminən 10 faizinə bərabərdir. Burada mindən çox dil sənədləşdirilib, obyektlərin ən azı 25 faiz sahəsi isə yerli xalqların torpaq və ərazilərinə düşür. Afrikada, Karib hövzəsində və Latın Amerikasında bu göstərici təxminən 50 faizə çatır.
Müəlliflər UNESCO obyektlərini və onlara bitişik əraziləri iqtisadi göstəricilər baxımından müqayisə edərək müəyyənləşdiriblər ki, bu zonalarda dünya ümumi daxili məhsulunun təxminən 10 faizi istehsal olunur.
Hesabata əsasən, vaxtında görüləcək tədbirlər gələcək riskləri əhəmiyyətli dərəcədə azalda bilər. İstiləşmənin hər bir selsi dərəcəsi üzrə qarşısının alınması əsrin sonunadək ciddi sarsıntılarla üzləşəcək UNESCO obyektlərinin sayını iki dəfə azalda bilər. Bu ərazilər iqlim siyasətinin formalaşdırılması üçün də reallaşdırılmamış potensiala malikdir. Belə ki, biomüxtəlifliyin qorunmasına dair milli planların təxminən 80 faizində UNESCO-nun obyektləri nəzərə alınsa da, milli iqlim planlarında onlar cəmi 5 faiz hallarda qeyd olunur.
Hesabat müəllifləri fəaliyyətin dörd prioritet istiqamət üzrə genişləndirilməsinə çağırış ediblər: dayanıqlığın artırılması üçün ekosistemlərin bərpası, transsərhəd əməkdaşlığın genişləndirilməsi yolu ilə dayanıqlı inkişaf, UNESCO obyektlərinin qlobal iqlim planlarına daha geniş inteqrasiyası, həmçinin yerli xalqların və yerli icmaların iştirakı ilə daha inklüziv idarəetmə.
Xəbər lenti
Hamısına baxGündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28

