Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Göyçay, Ucar və İsmayıllıda Birinci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib

Göyçay, Ucar və İsmayıllıda Birinci Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilib

19.02.2026 [16:21]

Fevralın 19-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Vüqar Səlim oğlu Babayev Göyçayda, Azad Sabir oğlu Cəlilov Ucarda, Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllıda dəfn olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimlərindən sonra Vüqar Səlim oğlu Babayev Göyçay şəhər Şəhidlər xiyabanında, Azad Sabir oğlu Cəlilov Ucar rayonunun Alpoud kəndində, Fərman Məhəmməd oğlu Feyzullayev isə İsmayıllı rayonunun İstisu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimlərində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. Mərasimdə yerli sakinlər, şəhidlərin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı.

Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi, Murovdağ silsiləsində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllı rayonunun İstisu kəndində anadan olub. O, 1994-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı.

Uzun illər itkin hesab olunan hərbçilərimizin nəşlərinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailələrinə təhvil verilib.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28