Almaniya Prezidenti ölkəsinin 2036-cı il Olimpiadasına namizədliyini məqsədəuyğun hesab etmir
20.02.2026 [13:20]
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin 2036-cı il Yay Olimpiya Oyunları üçün namizədliyini məqsədəuyğun hesab etmir.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Prezident Almaniyanın Olimpiadaya namizədliyini dəstəkləsə də, yubiley ili olan 2036-cı il üçün bunu uyğun saymır. Bu tarixin simvolik baxımdan ağır məna daşıdığını və xüsusilə həssas olduğunu hesab edən Prezident 1936-cı ildə nasistlərin Olimpiadadan təbliğat vasitəsi kimi sui-istifadə etdiklərini düşünür. Frank-Valter Ştaynmayer Olimpiadanın 2040-cı və ya 2044-cü illərdə keçirilməsini daha məqsədəuyğun hesab edir.
Sabiq Kansler Gerhard Şröder isə Almaniya Prezidentinin bu mövqeyi ilə razılaşmır. O, açıq məktubunun əlyazmasının fotosunu “LinkedIn” platformasında paylaşaraq Prezidentin narahatlıqlarını bölüşmədiyini bildirib və Olimpiya Oyunlarına namizədliyi dəstəkləyib. “Cənab Federal Prezidentin 2036-cı ildə Almaniyada Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı narahatlıqları şübhəsiz ki, ciddi qəbul edilməlidir. Buna baxmayaraq, mən bu narahatlıqları bölüşmürəm”, - deyə o qeyd edib.
G.Şröder hesab edir ki, məhz tarix yüklü bu Olimpiya ili Almaniya üçün fürsət yaradır və dünya ictimaiyyətinə, eləcə də ölkədəki gənc nəslə demokratik Almaniyanın öz tarixindən nə öyrəndiyini açıq şəkildə göstərmək imkanı verir: “Tariximizin bu dövrü ilə fəxr etmək üçün əsasımız var və bunu dünya ictimaiyyətinə də aydın şəkildə nümayiş etdirməliyik”.
Xatırladaq ki, nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən üç il sonra – 1936-cı ildə Berlində keçirilmiş XI Yay Olimpiya Oyunlarında 49 ölkədən 4 minə yaxın idmançı mübarizə aparıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

