Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir
20.02.2026 [17:06]
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılır:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”;
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” və “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun yaradılmasını təmin etmək tapşırılıb.
Müəyyən edilib ki:
bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir;
bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində göstərilən məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalı həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirir;
bu Fərmanın 4.2-ci, 4.3-cü və 5.1-ci bəndlərində qeyd olunan qurumlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;
bu Fərmanın 1-ci və 2-ci hissələrində, 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;
bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;
bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların nizamnamələrinin təsdiq edilməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:
tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkilini təmin etsin;
bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın onların əsasında yaradılan yeni publik hüquqi şəxsin balansına verilməsi və həmin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görsün;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:
bu Fərmanın 1-ci və 2-ci hissələrinə uyğun olaraq tabeliklərində yaradılmış büdcə təşkilatlarının əsasnamələrinin (nizamnamələrinin) iki ay müddətində təsdiq edilməsini təmin etsinlər;
bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
bu Fərmanla yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;
“Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanla yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

