Dil yaşayırsa, xalq yaşayır!
21.02.2026 [09:10]
Beynəlxalq Ana Dili Günüdür
Dil hər bir xalqın varlığının təməlidir. O, sadəcə ünsiyyət vasitəsi deyil, həm də bir xalqın yaddaşı, ruhu və kimliyidir. Tarixin sınaqlarından keçən xalqları ayaqda saxlayan ən böyük güc onların dili olub. Çünki dil duyğularımızın ifadəsi, düşüncələrimizin forması, mədəniyyətimizin daşıyıcısıdır. Tarix boyu müxtəlif imperiyalar işğal etdikləri xalqları zəiflətmək üçün ilk növbədə onların dilinə zərbə vurublar. Dili əlindən alınan xalq zamanla milli ruhunu da itirir. Milli ruh isə yalnız bayraq və torpaqla deyil, eyni zamanda dillə yaşayır. Bu baxımdan ana dilini qorumaq hər bir vətəndaşın borcudur. Dil yalnız dövlət qurumlarının deyil, ailənin, məktəbin, medianın, ədəbiyyatın da məsuliyyət sahəsidir. Evdə uşaqlarla ana dilində danışmaq, ədəbi dili qorumaq, yad sözlərin həddindən artıq istifadəsindən çəkinmək - bütün bunlar dili yaşadan amillərdir.
2400 dil yox olmaq təhlükəsindədir
Hazırda dünyada 6500-ə yaxın müxtəlif xalqlara mənsub dillər var ki, bunlardan sadəcə 5 faizi fəal istifadə edilir. Çin, ispan, ingilis, ərəb, hind dilləri ilk beşlikdə öz yerlərini qoruyub saxlayırlar. Hesablamalara görə hazırda 2400 dil yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
Dünyada ən çox insanın danışdığı dil Çin dilidir. İkinci yerdə hindi, üçüncü yerdə isə ispan dilidir. Dördüncü və beşinci yerləri müvafiq olaraq ingilis və ərəb dilləri tutur.
Dünya dilləri haqqında maraqlı faktlar
Dünyada mövcud olan dillər haqqında maraqlı faktlar var. Məsələn, eston dilində ismin 14 halı var. Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir. Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var. Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
Çin yazısında isə heç bir durğu işarəsi yoxdur. Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir. İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.
İspan dili dünyada ən çox danışılan dillərdən biridir və ingilis dilindən sonra ikinci ən vacib dildir. Planetdə demək olar ki, yarım milyard insan ispan dilində danışır, bu dil 21 ölkədə rəsmi dildir, həmçinin BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların rəsmi dilidir. Həmçinin, ispan dilində sual və nida cümlələrində durğu işarələri təkcə cümlənin sonunda deyil, həm də cümlənin başında başı aşağı qoyulur!
Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı. İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili hesab olunur.
Papua Yeni Qvineya ərazisində 700-ə yaxın dil danışılır. Çex dilində isə yalnız samitlərdən ibarət sözlər var. Hazırlıqsız insan üçün bu sözləri tələffüz etmək olduqca çətindir.
Yeri gəlmişkən, bu gün Ümumdünya Ana Dili Günü kimi qəbul edilir. Bu günün qeyd edilməsi ideyası Banqladeşin təşəbbüsü olub. Belə ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi UNESCO-nun Baş Konfransında 1999-cu ildə təsdiq edilib və 2000-ci ildən bütün dünyada qeyd olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

