Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Qara Sivilizasiya" Muzeyinin kuratoru: Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik

"Qara Sivilizasiya" Muzeyinin kuratoru: Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik

19.02.2026 [16:19]

Belə konfranslar dünyanın müxtəlif yerlərindən olan insanları dialoq üçün bir araya gətirir. Afrika diasporu çox genişdir və bu kimi məsələləri müzakirə etmək üçün hər zaman bir araya gəlmək imkanı olmur. Bu baxımdan, dekolonizasiya və müstəmləkəçilik mövzusunda keçirilən belə görüşlər mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, "Qara Sivilizasiya" Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro söyləyib.

O bildirib ki, müstəmləkəçilik əsrlər boyu mövcud olmuş bir sistemdir və onu tək bir proqram və ya bir konfrans vasitəsilə aradan qaldırmaq mümkün deyil. Bu, uzunmüddətli və dərin bir proses tələb edir.

"Əgər biz bu gün də ekosid və soyqırımı halları ilə üzləşir, insanların hər gün amansızcasına qətlə yetirildiyinin şahidi oluruqsa, deməli, dəyişikliklərə ciddi ehtiyac var. Bu halların davam etməsi göstərir ki, qarşıda hələ görüləcək çox iş var. Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik”, - deyə Natali Elizabet Mba Bikoro vurğulayıb.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28