Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb

Media: HƏMAS-ın Qəzzadakı lideri Sülh Şurasının nümayəndəsi ilə danışıqlar aparıb

16.02.2026 [21:12]

HƏMAS hərəkatının siyasi bürosunun üzvü və Qəzza sektorundakı rəhbəri Xəlil əl-Heyya Qahirədə Sülh Şurasının anklav üzrə nümayəndəsi Nikolay Mladenovla görüşərək danışıqlar aparıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Drop Site” portalı məlumat yayıb.

Danışıqlardan sonra Xəlil əl-Heyya portala bildirib ki, tərəflər hərəkatı tərk-silah etmək üçün Sülh Şurasından və ABŞ-dən hələlik heç bir təklif almayıblar. O, görüşdə digər mövzuların da müzakirə olunduğunu deyib.

Yanvarın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan Fələstin radikallarının tərk-silah edilməsini, İsrail qoşunlarının anklavdan çıxarılmasını, orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və sektorun idarə olunması üçün strukturların fəaliyyətə başlamasını nəzərdə tutur.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28