Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniya azyaşlıların smartfon istifadə etməsinə nəzarəti gücləndirir

Böyük Britaniya azyaşlıların smartfon istifadə etməsinə nəzarəti gücləndirir

16.02.2026 [19:12]

Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın aylar ərzində uşaqların və yeniyetmələrin smartfon istifadəsinə qarşı sərt tədbirlər görüləcəyini vəd edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məqsəd onların internet mühitində təhlükəsizliyini gücləndirməkdir.

Təklif olunan islahatlara sosial şəbəkələr üçün minimum yaş həddinin müəyyən edilməsi və “sonsuz sürüşdürmə” funksiyasına məhdudiyyətlərin tətbiqi daxildir. Hökumət hesab edir ki, bu mexanizmlər uşaqların platformalarda həddindən artıq vaxt keçirməsinə səbəb olur.

Hökumətin məsləhətləşmə sənədində yer alan digər təkliflərə əsasən, uşaqların qadağan olunmuş məzmuna çıxış əldə etmək üçün virtual özəl şəbəkələrdən (VPN) istifadə etməsinin qarşısı alına bilər. Eyni zamanda, azyaşlıların onlayn süni intellekt çatbotları ilə ünsiyyətinə də məhdudiyyət qoyulması nəzərdən keçirilir. Nazirlər yaxın aylarda məsləhətləşmənin nəticələrinə əsasən operativ qərarlar qəbul etmək üçün əlavə səlahiyyətlərin tətbiqi istiqamətində addımlar atırlar. Bundan əvvəl isə hökumət mövcud hüquqi boşluğu aradan qaldıraraq bütün süni intellekt çatbotu təminatçılarını Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində fəaliyyət göstərməyə məcbur edəcək. Qanunu pozan platformalar hüquqi məsuliyyətlə üzləşəcək.

Baş nazir bildirib ki, uşaqların onlayn təhlükəsizliyi məsələsində heç bir platformaya güzəşt edilməyəcək.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28