Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı və Sumqayıt şəhərlərində dələduzluq və oğurluq faktları qeydə alınıb

Bakı və Sumqayıt şəhərlərində dələduzluq və oğurluq faktları qeydə alınıb

14.02.2026 [22:13]

Sumqayıtda və Bakıda polis əməkdaşları tərəfindən iki ayrı cinayət faktı üzrə əməliyyat həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Sumqayıt şəhərində bir nəfər “işə düzəltmək” adı ilə vətəndaşı aldadaraq 11 min 500 manat pulunu ələ keçirməkdə şübhəli bilinir. Zərərçəkmişin polisə müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Digər hadisə isə Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb. Onun mənzillərdən ümumilikdə 3 min 200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları oğurladığı bildirilir.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28