Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək

Sabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək

13.02.2026 [12:55]

Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı ehtimal edilir.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28