Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Siyasi dialoqun yüksək səviyyədə davam etməsi

Siyasi dialoqun yüksək səviyyədə davam etməsi

12.02.2026 [21:43]

Toğrul Zeynalov     

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini dolğun şəkildə əks etdirmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ortaq maraqlara əsaslanır və bu əməkdaşlıq uzun illər ərzində möhkəm təməl üzərində formalaşıb. Prezident İlham Əliyev qeyd etmişdir ki, siyasi dialoqun yüksək səviyyədə davam etməsi, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq sahələrində əldə olunmuş uğurlar strateji tərəfdaşlığın real nəticələrini nümayiş etdirir. Xüsusilə enerji sektorunda həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi xüsusi vurğulanmışdır. Bəyanatda diqqət çəkən əsas məqamlardan biri Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri kimi qiymətləndirilən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi olmuşdur; Prezident İlham Əliyev bu təşəbbüsün regionda iqtisadi inteqrasiyanı gücləndirəcəyini, nəqliyyat və logistika imkanlarını genişləndirəcəyini və uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyini bildirmişdir. Azərbaycanın əlverişli geostrateji mövqeyi, müasir nəqliyyat infrastrukturu və artan tranzit potensialı bu layihənin uğurla həyata keçirilməsində mühüm rol oynayır və ölkəmizin regional əməkdaşlıq platformalarında aparıcı iştirakını daha da möhkəmləndirir. Dövlət başçısı eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın əhəmiyyətini xüsusi qeyd edərək, bu sənədin münasibətlərin institusional əsaslarını gücləndirdiyini və əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, təhlükəsizlik, enerji, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir və qarşılıqlı fayda prinsipinə əsaslanır. Vitse-prezident Cey. Di. Vensin səfəri isə strateji xəttin davamlılığını, siyasi etimadın yüksək səviyyəsini və tərəflərin regional sülhün və rifahın təmin olunması naminə birgə səylərini daha da gücləndirmək əzmini nümayiş etdirmişdir. Prezident İlham Əliyevin bəyanatı ümumilikdə onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur və mövcud tərəfdaşlıq modeli uzunmüddətli strateji hədəflərə xidmət edərək qarşıdakı dövrdə daha da dərinləşəcək.

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28