Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Goranboyda “Yeni çağırışlar dövründə Azərbaycan gəncliyinin vəzifə və öhdəlikləri” mövzusunda görüş keçirildi

Goranboyda “Yeni çağırışlar dövründə Azərbaycan gəncliyinin vəzifə və öhdəlikləri” mövzusunda görüş keçirildi

11.02.2026 [15:39]

10 fevral 2026-cı il tarixdə Goranboy Gənclər Paytaxtı çərçivəsində, Goranboyda, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon Təşkilatı, rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeni çağırışlar dövründə Azərbaycan gəncliyinin vəzifə və öhdəlikləri” mövzusunda gənclərlə görüş keçirildi.

Görüşdə çıxış edən, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev gənclərin bilikli, məsuliyyətli və təşəbbüskar mövqeyinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını bildirdilər. Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməli, ictimai proseslərdə fəal iştirak etməli və cəmiyyətin inkişafına öz töhfəsini verməlidir. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda formalaşmasının, sosial məsuliyyət daşımasının və gələcəyə yönəlmiş təşəbbüslərdə aktiv olmasının əhəmiyyəti xüsusi vurğulandı.

Tədbir çərçivəsində gənclər öz növbəsində rəsmilərə sual və təkliflərini ünvanlayaraq müzakirələrdə fəal iştirak etdilər. Tədbir gənclər tərəfindən maraqla qarşılandı.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28