Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb

11.02.2026 [15:21]

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb. Bu xüsusda qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar bizim Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı mövqeyini ifadə etməyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırır”.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28