Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tailandda parlament seçkiləri keçirilir

Tailandda parlament seçkiləri keçirilir

08.02.2026 [11:09]

Tailandda parlamentin Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə keçirilir.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, seçicilər palatanın 500 üzvünü müəyyən etmək üçün səs verir. Tailandda səsvermə hüququ olan 52,92 milyon vətəndaş var. Onların 2,41 milyon nəfəri fevralın 2-də erkən səsvermədə iştirak üçün müraciət edib.

Baş nazir Anutin Çarnvirakulun mühafizəkar “Bhumcaytay” partiyası müxalif Xalq və “Pheu Tailand” partiyalarına qarşı mübarizə aparır. Hökuməti qurmaq üçün 251 yer qazanmaq lazımdır. Ekspertlər hesab edir ki, heç bir partiya təkbaşına hökumət qurmaq üçün kifayət qədər yer tuta bilməyəcək.

Parlament seçkisi ilə yanaşı yeni konstitusiyasının hazırlanmasına ölkə vətəndaşlarının rəyini öyrənmək üçün referendum da keçirilir.

Qeyd edək ki, dekabrın 12-də Tailand kralı Maha Vaciralonqkorn 2023-cü il seçkisində formalaşmış parlamentin buraxılması barədə fərman imzalayıb.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28