Azərbaycanın liderliyi ilə yaranmış regional düzənə dəstək...
06.02.2026 [11:50]
İlham Əliyev: Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur
Azərbaycan müharibədən sonrakı dövrdə də qalib dövlət olmasına baxmayaraq özünün sülhpərvər siyasi ənənəsinə sadiq qaldı - Bakı regionda sabitliyin və davamlı təhlükəsizliyin bərpası üçün qətiyyətli iradə nümayiş etdirdi. Tarix göstərdi ki, Azərbaycan üçün qələbə revanşizm demək deyil - qələbə yeni bir siyasi reallıq, yeni münasibətlər sistemi və yeni inkişaf mühiti formalaşdırmaq imkanıdır. Məhz bu yanaşmanın məntiqi davamı olaraq 2022-ci ildə Ermənistana sülh təklifinin irəli sürülməsi Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurma mərhələsinin arxada qalması üçün real əsas yaratdı.
Sülh təşəbbüsü bölgədə sabitliyin möhkəmləndirilməsinə, dövlətlərarası münasibətlərin normallaşmasına və qarşılıqlı etimada əsaslanan yeni siyasi mühitin formalaşmasına hesablanmışdı. Rəsmi Bakı açıq şəkildə bəyan etdi ki, regionun gələcəyi qarşıdurma yox, əməkdaşlıq üzərində qurulmalıdır. İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıq isə Ermənistan üçün də mühüm dərs oldu. Rəsmi İrəvan nəhayət, anladı ki, Azərbaycanın irəli sürdüyü sülh onun üçün məğlubiyyət deyil, əksinə, gələcək inkişaf və regional inteqrasiya baxımından yeganə çıxış yoludur. Beləliklə, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi regionun taleyini dəyişən əsas siyasi xəttə çevrildi.
Sülh reallığının beynəlxalq təsdiqi
Cənubi Qafqazda formalaşan yeni sülh şəraiti 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşdə özünün siyasi və diplomatik təsdiqini tapdı. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan bu görüş regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı qarşılıqlı razılaşmanın imzalanması artıq köhnəlmiş və nəticəsiz mexanizmlərin tarixə qovuşduğunu göstərdi.
Bu addım iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində formal fəaliyyət göstərən, lakin real nəticə ortaya qoya bilməyən Minsk Qrupunun ləğvi regionda yeni və daha effektiv siyasi yanaşmaların ön plana çıxdığını təsdiqlədi.
Vaşinqton görüşü göstərdi ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri artıq beynəlxalq müstəvidə də qəbul edilir və dəstəklənir. Bu, Cənubi Qafqazda formalaşan sülh prosesinin lokal deyil, qlobal miqyasda tanınmasının göstəricisidir. Region artıq münaqişə zonası kimi deyil, sabitlik və əməkdaşlıq məkanı kimi qəbul olunmağa başlayır.
Trampın sülhə dəstəyi...
Bu prosesdə ABŞ-ın, xüsusilə Prezident Donald Trampın rolu ayrıca vurğulanmalıdır. Hakimiyyətə qayıdışından sonra ötən bir il ərzində Tramp administrasiyası Azərbaycanla münasibətlərə xüsusi önəm verərək Cənubi Qafqazda Bakı tərəfindən formalaşdırılan yeni siyasi reallıqları açıq şəkildə dəstəklədi. Bu yanaşma ABŞ-ın regionda sabitliyə, təhlükəsizliyə və praqmatik əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Trampın yanaşması klassik vasitəçilik modelindən fərqlənir. Burada əsas prinsip süni balans axtarışı deyil - beynəlxalq hüquq çərçivəsində formalaşmış yeni vəziyyətin qəbul edilməsi və onu yeni imkanlara çevirmə istəyidir. ABŞ-ın Azərbaycanın liderliyi ilə yaranmış regional düzəni dəstəkləməsi sülh prosesinə əlavə legitimlik qazandırır. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Prezident Donald Trampa minnətdarlıq edib: “O, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur”.
Çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan da ABŞ Prezidenti Donald Trampa sülh sazişinin əldə olunmasına töhfə verdiyinə və bu istiqamətdə səylərini əsirgəmədiyinə görə xüsusi təşəkkürünü bildirib.
Vurğulandığı kimi, bu dəstək region üçün qurulacaq daha geniş və uzunmüddətli gələcəyin siyasi zəmanəti kimi çıxış edir. ABŞ-Azərbaycan əlaqələrinin güclənməsi Cənubi Qafqazı qlobal iqtisadi və nəqliyyat layihələrinin vacib hissəsinə çevirir. Beləliklə, Vaşinqtonun mövqeyi yalnız ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə regionun gələcək inkişaf trayektoriyası baxımından strateji əhəmiyyət daşıyır.
Avrasiya miqyasında yeni rol...
Donald Trampın dəstəyi ilə Zəngəzur dəhlizinin (TRIPP) açılması prosesində əldə olunan mühüm irəliləyiş də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsaslı yer tutur. Bu dəhliz təkcə iki ölkə arasında kommunikasiyaların bərpası deyil, eyni zamanda bütün regionun iqtisadi xəritəsini dəyişən strateji layihədir. Zəngəzur dəhlizi (TRIPP) Şərq ilə Qərb, Şimal ilə Cənub arasında yeni və effektiv bağlantı yaradır. Beləliklə, Bakı-Vaşinqton əlaqələri artıq Cənubi Qafqazın yeni gələcəyini dizayn edən əsas siyasi oxlardan birinə çevrilib.
ABŞ-ın siyasi dəstəyi, Azərbaycanın təşəbbüskarlığı və qətiyyətli iradəsi əsasında formalaşan sülh prosesi Cənubi Qafqaz üçün tamamilə yeni bir gələcəyin əsasını qoyur. Bu sülh təsadüfi deyil - uzun illərin strateji səbrinin, düzgün hesablanmış siyasətin və milli gücün nəticəsidir. Azərbaycan qalib dövlət kimi regionda qarşıdurma deyil, əməkdaşlıq modeli təqdim edir. Bu model sübut edir ki, davamlı sülh güc və iradə ilə mümkündür. Azərbaycanın liderliyi ilə formalaşan yeni regional reallıq Cənubi Qafqazı münaqişə məkanından inkişaf və tərəfdaşlıq zonasına çevirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

