Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Şimali Koreyada prezident vəzifəsi bərpa edilə bilər

Media: Şimali Koreyada prezident vəzifəsi bərpa edilə bilər

04.02.2026 [17:20]

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In üçün prezident vəzifəsi bərpa edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Şimali Koreya gündəmini izləyən “38 North” adlı ABŞ saytına istinadla xəbər yayıb.

“38 North” Koreya Fəhlə Partiyasının qarşıdan gələn 9-cu qurultayı və onun ardınca parlament iclasında Kim Çen Inın prezident titulundan istifadə edə biləcəyini yazır. İnternet nəşrinin dərc etdiyi hesabatda qeyd olunur ki, Şimali Koreyada Kim Çen Inı 2024-cü ilin sentyabrından bəri "dövlət başçısı" adlandırırlar.

Qeyd edək ki, "KXDR Prezidenti" titulundan Kim Çen Inın babası Kim İr Sen 1972-ci ildən vəfat etdiyi 1994-cü ilədək istifadə edib. 1972-ci ildə qəbul edilmiş konstitusiyada “KXDR prezidenti dövlət başçısıdır və KXDR-in milli suverenliyini təmsil edir" deyilir.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28