Ümummilli lider Heydər Əliyev-100
10.05.2023 [14:59]
2023-cü il Ümummilli lider Heydər Əliyev ilidir. Bu ilin məsuliyyəti çox böyük və möhtəşəmdir.
Heydər Əliyev ixtisasca tarixçi idi. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu idi. Bəs Heydər Əliyev Azərbaycan, türk-müsəlman və dünya tarixində necə xarakterizə olunur? Onun haqqında yazılan tarix və özünün yaratdığı tarix düşüncələrdə necə kök salıb?
Tarixçilər ümummilli lider Heydər Əliyevin fəaliyyətini şərti olaraq beş dövrə bölürlər.
Birinci dövr 1944-1969-cu illəri əhatə edir. Bu dövrdə Heydər Əliyev xüsusi xidmət orqanlarında çalışmış və ilk azərbaycanlı olaraq respublikada bu orqana rəhbərlik etmiş və general-mayor hərbi rütbəsinə qədər yüksəlmişdir. Heydər Əliyev bu illər ərzində yüzlərlə azərbaycanlı ziyalını sovet dövlətinin repressiya və təqibindən qorumağa nail olmuşdur. Dövrün ziyalılarının bu illərlə bağlı çox maraqlı xatirələri vardır. Xalq şairi Bəxtiyar Vahabzadə və istiqlal şairi Xəlil Rza Ulutürkün qurtuluşu dediklərimizə əyani misaldır.
Heydər Əliyevin fəaliyyətinin ikinci dövrü 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasına birinci katib, yəni Azərbaycana rəhbər təyin olunur. Heydər Əliyev bu vəzifəyə təyin olunana qədər Mərkəzin göstərişi ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti 3 min kvadrat kilometr ərazimizin Ermənistana verilməsi haqqında qərar qəbul etmişdi. Amma nə baş verdi? Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bir qarış torpaq belə Ermənistana verilmədi və qərar bir daha müzakirəyə çıxarılmadı.
1969-cu ilin noyabrında indiki Şəhriyar adına sarayda Bakı Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunurdu. Sovet ənənəsi belə idi, Respublikanın birincisi bu tədbirdə məruzə ilə çıxış edir, həm də rus dilində. Doğrudur, Heydər Əliyev də tribunaya çıxdı və məruzəsinə başladı, ancaq ilk sözü yoldaşlar oldu. Zal dondu, çünki sovet dönəmində respublikanın birincisi ancaq rus dilində çıxış etməli idi. Heydər Əliyev isə heç nə olmamış kimi çıxışına davam etdi. Bunu ancaq Heydər Əliyev edə bilərdi.
Heydər Əliyev Mərkəzin müqavimətini qıraraq 1971-ci ildə Bakıda Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Uzun illər sonra bu məktənin müdavimləri Qarabağ müharibəsində təcrübəli zabit kimi Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıq tarixi yazdılar. Bu Heydər Əliyev siyasətinin uzaqgörənliyi idi.
Heydər Əliyev təhsilə böyük önəm verirdi. Azərbaycana rəhbərliyi dövründə hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə ölkəmizin təhsilinə əvəzsiz töhfələr vermiş oldu.
Bakının su problemini həll etmək üçün Kür-Bakı su kəmərinin çəkilməsinə nail oldu.
Heydər Əliyev azərbaycanlı gənclərin təkcə tikinti batalyonlarında deyil, ən müasir silahlarla davranmağı öyrədən hərbi hissələrdə də xidmət etməyi Mərkəzdən tələb edirdi, çox zaman buna nail olurdu.
Heydər Əliyev Mərkəzin təkidli müqavimətinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu.
Heydər Əliyev vaxtilə Dərin Özüllər zavodunun tikintisinə nail olanda heç kim bilmirdi ki, SSRİ adlanan nəhəng imperiya dağılacaq, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəcək, Xəzər dənizində neft çıxarmaq üçün bu zavodun istehsal etdiklərinə hava və su kimi ehtiyacımız olacaq.
Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrildi.
Heydər Əliyevin fəaliyyətinin üçüncü dövrü 1982-1987-ci illəri əhatə edir.
Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifənin icrasına başladı.
Heydər Əliyev yeganə türk-müsəlmandır ki, sovet dövlətini idarə edib. Doğrudur, Qazaxıstanın birinci katibi Dinməhəmməd Kunayev Siyasi Büronun üzvü, Özbəkistanın birinci katibi Şərəf Rəşidov Siyasi Büronun üzvlüyünə namizəd olsalar da, hər ikisi ancaq öz respublikararını idarə edirdilər. Heydər Əliyev isə Moskvada sovet dövlətini idarə edənlərdən biri idi.
Heydər Əliyev 1987-ci ildə qısqanclıq üzündən bu vəzifədən uzaqlaşdırıldı. Və Azərbaycan sahibsiz qaldı. Bütün ermənilər Azərbaycan torpaqlarına səlib yürüşlərinə başladılar. Qarabağ torpaqları ölüm-dirim müharibəsinə çevrildi.
Heydər Əliyevin fəaliyyətinin dördüncü dövrü 1990-1993-cü illəri əhatə edir. Heydər Əliyev 1990-cı ilin yanvarında Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə altına qoyaraq Sovet rəhbərliyini Bakıya ordu yeritdiyinə görə ittiham etdi.
Beləliklə, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü başlandı. Ermənilər Qarabağ torpaqlarına nə qədər iddialı idilərsə, Naxçıvana olan iddia ondan geri qalmırdı. Blokadada olan Naxçıvanı Heydər Əliyev çox böyük çətinliklərlə erməni təcavüzündən qurtara bildi.
Heydər Əliyev ilk dəfə Naxçıvan Muxtar Respublikasının sessiyasında Cümhuriyyətin yadigarı üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi cəmiyyətə təqdim etdi.
Heydər Əliyev Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasına nail oldu.
Heydər Əliyevin fəaliyyətinin beşinci dövrü 1993-2003-cü illəri əhatə edir.
Doğrudur, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, xalq müstəqilliyin şirinliyini dada bilmədi.
Müstəqilliyini elan edən Azərbaycan dövləti xarici müdaxilə, vətəndaş müharibəsi, dövlət çevrilişləri və parçalanma təhlükəsi ilə üz-üzə dayananda Heydər Əliyev xalqın imdadına çatdı.
Ölkə daxilində sabitliyə, qonşu dövlətlərlə balanslaşdırılmış siyasətə nail oldu, dövlət-din münasibətlərini tənzimlədi, Ermənistanla atəşkəsə nail oldu, “Əsrin müqavilə”sini imzalamaqla Qərbin himayəsini qazandı, ordu quruculuğuna başladı, 1995-ci il Konstitusiyasını təsbit etdi, ölüm hökmü və senzuranı ləğv etdi, məhkəmə və aqrar islahatları həyata keçirtdi, kəndli ilk dəfə torpaq sahibi oldu, azərbaycanlıların soyqırımı və deportasiyası haqqında fərman verdi, Avropa Parlament Şurasına üzv qəbul olunduq, Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusuna abidə ucaldıldı, azərbaycançılıq ideologiyasını hakim ideologiyaya çevirdi, “Bir millət, iki dövlət” prinsipini irəli sürdü, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni etdi.
2003-cü ilin aprelində bu gün adını daşıdığı sarayda kursantına son vəsiyyətini etdi, ölüm onu haqlasa da təslim olmadı. Son sözünü dedi. Həm də xalqına müraciətində : “ inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Bəli, ümummilli lider xalqı üçün mümkün olan hər şeyi etdi və dörd əmanəti yadigar qoydu:
1.Müstəqil Azərbaycan dövlətini
2. Yeni Azərbaycan Partiyasını
3. 1995-ci il Konstitusiyasını
4.Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan, Qarabağın fatehi İlham Əliyev cənablarını
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində bütün Azərbaycan xalqını dəmir yumruğa çevirərək düşməni darmadağın etdi, 30 illik erməni işğalına son qoydu.
Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında qalib xalq kimi qeyd edir. Bundan böyük xoşbəxtlik nə ola bilər?
Yaşasın, qalib Azərbaycan dövləti!
Deputat Anar İsgəndərov
Xəbər lenti
Hamısına baxDünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09

