YAP Qubadlı rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib
31.03.2016 [11:17]
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qubadlı rayon ictimaiyyəti silsilə tədbirlər keçirir. Bu silsilədən növbəti tədbir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. YAP Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində yerləşən qərargahında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Allahverdi Haqverdiyev 1918-ci ilin 31 martında baş verən hadisələr haqqında geniş məlumat verib. Natiq bildirib ki, bu soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın siyasətinin tərkib hissəsi olub. Vurğulanıb ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlarına hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub və məhz Onun 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Quba rayonunda tapılan kütləvi məzarlıq isə bu soyqırımının faktoloji sübutudur. Prezident İlham Əliyevin Sərəncamı ilə tikilən Quba Soyqırımı Memorial Kompleksi ermənilərin xalqımıza qarşı törətdiyi bu qanlı cinayətin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır.
Tədbirdə həmçinin İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, rayon İH-in şöbə müdiri Məhəmməd Həsənov, Mərdanlı kənd tam orta məktəbinin müəllimi Minurə Salamova və digərləri də çıxış ediblər. Çıxışlarda o da vurğulanıb ki, 1918-1920-ci illərdə Zəngəzur bölgəsində yerləşən Qubadlı rayonunun 30-dan çox kəndi ermənilər tərəfindən talan edilib, çoxlu sayda dinc əhali qətlə yetirilib.
Tədbirin sonunda azərbaycanlıların soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

