Azərbaycan yaşıl enerji sahəsində böyük potensiala malikdir
13.01.2026 [13:32]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) rəsmi açılış mərasimi enerji siyasətində mühüm hadisə kimi yadda qalıb. 240 meqavat gücündə olan həmin stansiyanın istismara verilməsi enerji potensialının gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və dayanıqlı enerji sisteminin formalaşdırılması istiqamətində atılan ardıcıl addımların bariz nümunəsidir. Bu layihə, eyni zamanda uzunmüddətli strateji baxışın və məqsədyönlü dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirilir.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu hadisənin əlamətdar əhəmiyyətini vurğulayaraq bildirib ki, 2022-ci ilin yanvarında təməli qoyulan stansiya qısa müddətdə yüksək keyfiyyətlə inşa olunaraq istifadəyə verilib. Dövlətimizin başçısı layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara və mütəxəssislərə, xüsusilə investor “ACWA Power” şirkətinə təşəkkürünü ifadə edib. Həmin stansiya “ACWA Power” tərəfindən ölkəmizdə inşa edilmiş ilk bərpaolunan enerji obyektidir, lakin şirkətin planları bununla məhdudlaşmır. Qarşıdakı dövrdə həm enerji, həm də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyətli layihələrin icrası nəzərdə tutulur.
Dövlətimizin başçısının çıxışında beynəlxalq əməkdaşlığın önəmi də vurğulanıb. Stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti təqdirəlayiqdir, bu əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələrə yol açacaq. Bu fakt enerji sahəsində formalaşan səmərəli beynəlxalq tərəfdaşlıq modelinin uğurlu nümunəsi kimi dəyərləndirilir.
Son illər yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və məsuliyyətli proses olmaqla yanaşı, böyük texniki bilik və maliyyə resursları tələb edir. Bərpaolunan enerji mənbələrinin böyük həcmdə mövcud enerji sisteminə inteqrasiyası da yüksək koordinasiya və müasir yanaşma tələb edən məsələdir. Qarşıdakı illərdə sözügedən sahədə layihələrin sayının artacağı nəzərə alınaraq, energetika sektorunda peşəkarlığın daim yüksək səviyyədə saxlanılması mühüm önəm kəsb edir.
Enerji sisteminin müasirləşdirilməsi və modernləşdirilməsi son illər əsas prioritetlərdən biridir. Son 20 il ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər əsaslı şəkildə yenilənir. Bu müddət ərzində yaradılmış generasiya gücləri əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavat səviyyəsinə çatıb. Qarşıdakı dövrdə yeni bərpaolunan enerji obyektlərinin istifadəyə verilməsi ilə bu rəqəmin daha da artacağı gözlənilir.
Dövlətimizin başçısı ənənəvi və bərpaolunan enerji generasiya güclərinin paralel inkişafının vacibliyini vurğulayıb. Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyası, eləcə də son dövrdə istifadəyə verilən Günəş və külək elektrik stansiyaları enerji balansının möhkəmləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda Günəş elektrik stansiyalarının tikintisi enerji strategiyasının mühüm istiqamətlərindən biridir.
Müxtəlif regionlarda bərpaolunan enerji mənbələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi bu sahədə gələcək perspektivlərin nə qədər geniş olduğunu göstərir. Bu imkanlar regionda güclü elektrik generasiya potensialına malik etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır.
Prezident İlham Əliyev investisiya mühitinə toxunaraq qeyd edib ki, indiyədək ölkəyə 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub. Maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi və valyuta ehtiyatlarının yüksək olması investisiya üçün əlverişli şərait formalaşdırır. Aparılan islahatların beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilməsi də yüksək etimadın göstəricisidir.
Gələcək planlardan danışan dövlətimizin başçısı bərpaolunan enerji potensialının artması fonunda enerji saxlanması infrastrukturunun əhəmiyyətini vurğulayıb. Bu məqsədlə ölkədə ilk dəfə Batareya Enerji Saxlanc Sistemi layihələrinin icrasına başlanılıb. Eyni zamanda 2030–2032-ci illərə qədər külək və Günəş elektrik stansiyalarının ümumi gücünün 8 giqavatadək çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş kiçik su elektrik stansiyaları da böyük potensialın mühüm hissəsini təşkil edir.
Enerji təhlükəsizliyi bu gün qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə atılan addımlar ölkənin etibarlı tərəfdaş imicini daha da gücləndirir. Enerji ixracı, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf modeli regionda və beynəlxalq müstəvidə mühüm rol oynayan strateji xətt kimi formalaşıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38

