Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

04.09.2026 [12:49]

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə sentyabrın 4-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, bu saata olan məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən uğurla seçilib.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayıb və 16:00-dək davam edəcək.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30