Bişkekdən verilən mesajlar...
03.09.2026 [11:19]
Müasir dünyada dövlətlərin beynəlxalq çəkisi yalnız ərazi, əhali və iqtisadiyyatının miqyası ilə müəyyənləşmir. Ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Xüsusilə qlobal iqtisadi fəallığın getdikcə daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının iqtisadi maraqlarla yanaşı, geosiyasi əhəmiyyət qazandığı indiki mərhələdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır.
Azərbaycanın strateji mövqeyi...
Azərbaycan məhz belə strateji mövqeyə malik dövlətlərdəndir. Ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Bu siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən siyasətin mühüm nəticələrindən biridir.
Son illər Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir. Prezident İlham Əliyevin bugünlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən ŞƏT-in növbəti sammitində iştirak etməsi deyilənləri təsdiqləyir.
Xatırladaq ki, Prezident İlham Əliyev təxminən bir ay öncə Qırğızıstanda dövlət səfərində olub. Belə ki, Prezidentin bu il iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyev Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yeni mərhələyə yüksəlməsini xüsusi vurğulayıb. Dövlətimizin başçısı Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstək kimi dəyərləndirib.
İlham Əliyevdən BMT Təhlükəsizlik Şurasında islahatlar çağırışı
Ölkə başçısı çıxışında onu da qeyd edib ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular: “Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsinin 30 ildən sonra dövlətimiz tərəfindən icra edildiyi xatırladıb. Onun qeyd etdiyi kimi, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılır. “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə ölkə başçısı çıxışında vurğulayıb.
Qeyd edək ki, BMT-də islahatların aparılması müasir dövrün əsas çağırışlarından biridir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur. Lakin Azərbaycana münasibətdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı 1993-cü ildə qəbul olunmuş qətnamələr 27 il kağız üzərində qaldı. Bu tipli ikili yanaşmalara son qoyulması üçün BMT strukturlarında islahatların aparılması zərurətdir.
Verilən mesajlar dünya üçün önəmlidir
Yeri gəlmişkən, sammitdə iştirak edən BMT Baş katibi Antonio Quterreş də təşkilatda islahatların aparılması çağırışları ilə həmrəy olduğunu bəyan edib. Bu mənada, Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq platforma olan ŞƏT-in Zirvə Görüşündə BMT-də islahatların aparılması zərurəti ilə bağlı çağırışı beynəlxalq birlik üçün mühüm mesajdır.
Nəzərə alaq ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır. Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir. Bütün bunların fonunda Prezident İlham Əliyevin sammitdə çıxışı zamanı verdiyi mesajlar dünya birliyi üçün böyük önəm kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20

