Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək

Türkiyənin vitse-prezidenti gəmi qəzası ilə bağlı Şimali Kiprə səfər edəcək

03.09.2026 [15:19]

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz baş verən gəmi qəzası ilə əlaqədar dəstək və həmrəylik nümayiş etdirmək məqsədilə bu gün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

AZƏRTAC xəbər verir ki, C.Yılmaz ŞKTC Prezidenti Tufan Erhürmanla görüşəcək, həmçinin faciə qurbanlarının ailə üzvlərinə və yaxınlarına baş çəkəcək.

Səfər proqramının yekunlarına əsasən, “Ercan” hava limanında Türkiyənin Vitse-prezidenti ilə ŞKTC-nin Baş naziri Ünal Üstelin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Kiprin Girnə limanından Türkiyənin Mersin vilayətindəki Taşucu istiqamətində hərəkət edən “Filo Jet” sərnişin gəmisi avqustun 30-da batıb. Girnəyə qayıtmağa cəhd edən gəmidən 241 nəfər xilas edilib, 9 nəfərin meyiti aşkar edilib. Hazırda itkin düşmüş 19 nəfərin axtarışları davam etdirilir.

Gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30