Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

03.09.2026 [20:58]

Qazaxıstanda hökumətin yeni tərkibi formalaşdırılıb.

AZƏRTAC ölkə Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dəyişikliklər dörd nazirliyə aid olub.

Muxtar Tleuberdi xarici işlər, Arman Kırıkbayev mədəniyyət və informasiya, Alibek Kuantırov ekologiya və təbii sərvətlər, Murat Muhanov isə fövqəladə hallar naziri təyin olunublar. Digər nazirliklərin rəhbərləri vəzifələrini qoruyublar.

Xatırladaq ki, avqustun 28-də Qazaxıstan hökuməti səlahiyyətlərini təhvil verib. Nazirlər Kabinetinin üzvləri yeni tərkib təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam ediblər.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30